FED uçot dərəcəsini artırdı

Natiq Cəfərli: “Maliyyə bazarlarının ilk təpkisi faiz artımını öncədən həzm etməsi idi”

Source:


Natiq Cəfərli: “Maliyyə bazarlarının ilk təpkisi faiz artımını öncədən həzm etməsi idi”

Martın 15-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası keçirilib.

FED uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizə qədər artırıb.

Sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2016-ci ilin dekabrın 14-də tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75 faiz artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Natiq Cəfərli

FED-in bu qərarını “Facebook”da şərh edən iqtisadçı Natiq Cəfərli hesab edir ki, birjalarda avronun yüksəlməsi, dolların digər valyutalara nisbətən zəifləməsi faiz artımının həzm edilməsi idi. Ancaq hədəf FED sədri Janet Yelenin bu il 3 dəfə faiz artımı barədə söylədikləridir:

“Yəni ilin sonuna qədər daha iki faiz artımı olacaq. Birjalar da bunu pozitiv qəbul etdi. Ona görə maliyyə bazarlarının, birjaların təpkisi təbii sayılmalıdır. Bir müddət sonra birjalar və maliyyə bazarları FED-in addımlarına sakit yanaşacaqlar. İlkin təpkinin belə olması maliyyə bazarlarının əvvəlcədən qərara hazır olmaları, faiz artımını öncədən həzm etməsi idi”.

Ana səhifəXəbərlərFED uçot dərəcəsini artırdı