”FED-in qərarının bizə dolayı təsiri ola bilər”

Mərkəzi Bank: ”Bu, psixoloji təzyiqlər şəklində olacaq”

Source:


Mərkəzi Bank: ”Bu, psixoloji təzyiqlər şəklində olacaq”

Martın 15-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizə qədər artırıb.

“Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək”.

APA yazır ki, bunu “Fitch” beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə deyib:

“FED-in qərarının dolayısı ilə bizə təsiri ola bilər. Amma bu, psixoloji təzyiqlər şəklində olacaq. Neftin qiymətində nəzərəçarpacaq dərəcədə qalxma və ya enmə olsa, monetar siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq”, – deyə o bildirib.

Ana səhifəXəbərlər”FED-in qərarının bizə dolayı təsiri ola bilər”