”FED faiz dərəcəsini artırmağa başlasa, manatın ucuzlaşması sürətlənəcək”

Natiq Cəfərli: ”Uçot dərəcəsi 2019-cu ilədək 3 faiz həddində ola bilər”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Natiq Cəfərli: ”Uçot dərəcəsi 2019-cu ilədək 3 faiz həddində ola bilər”

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəni 0.5-0.75 səviyyəsində saxlayıb.

ABŞ Mərkəzi Bankı fevralın 1-də iclas keçirib. Açıqlama verib ki, istehlakçı xərcləri artsa da, 2 faizlik inflyasiya hədəfinə çata bilməyiblər.

İqtisadçı Natiq Cəfərli deyir ki, uçot dərəcəsinin artmaması gözlənilən idi:

“Rəsmi açıqlamada maraqlı məqamlar var. Mətndə qeyd edilir ki, ABŞ iqtisadiyyatı pozitiv dinamika göstərir, inflyasiya gözləntilərdən də tez artır, işsizlik azalır. Buna görə də FED faiz artımını plana uyğun apara bilər. Hətta qeyd edilib ki, 2019-cu ilədək uçot dərəcəsinin 3 faiz həddində olması ehtimalı yüksəkdir. Bu isə o deməkdir ki, yaxın 2 ildə, hər dəfə 0,25 faiz olmaqla uçot dərəcəsi 10 toplantıda artırıla bilər”.

“Bəzi media qurumları yazır ki, Trump dolları ucuzlaşdıracaq, ABŞ sistemini öyrənmək lazımdı, Trumpun bunu etmək üçün elə bir imkanı və alətləri yoxdur”, – deyir Natiq Cəfərli.

Bildirir ki, Trump hətta miqrantlarla bağlı son fərmanını belə həyata keçirə bilmədi. Məhkəmə hakimiyyəti həmən nəzarət funksiyasını işə saldı. Bizdə də, Rusiyada da (Rusiya mətbuatı belə şeylər yazır, bizimkilər tərcümə edib yayırlar) elə bilirlər ki, ABŞ-da prezident istədiyini edə bilər, bu belə deyil:

“Trump, “baha dollar bizə ziyandır”, – deyib, amma səhvdir, ABŞ ixracatına baha dollar cüzi təsir edir, yəqin ki, komandası bunu da ona başa salacaq. ABŞ-ın dünyaya satdığı məhsulların çoxu unikaldır, ancaq ABŞ istehsal edir, bu anlamda baha dollar çox az təsirə malikdir. Məsələn, dünya “Apple” məhsullarını dolların məzənnəsinə görə yox, şirkətin adına görə alır”.

Natiq Cəfərli foto sosial şəbəkə

İqtisadçı deyir ki, bir sözlə, FED sürətlə faiz dərəcəsini artırmağa başlasa, dolların dünyada bahalaşması sürətlənəcək. Bu isə bizə iki yöndən təsir edəcək:

“Həm neft qiymətləri, ən azından bahalaşmayacaq, həm də bahalaşan dollar bizim manata daha çox basqı yaradacaq. Manatın ucuzlaşması daha da sürətlənəcək…”.

Ana səhifəXəbərlər”FED faiz dərəcəsini artırmağa başlasa, manatın ucuzlaşması sürətlənəcək”