Faşizm üzərində qələbədən 72 il ötür

II Dünya Müharibəsində Azərbaycandan 660 min şəxs iştirak edib

Source:


II Dünya Müharibəsində Azərbaycandan 660 min şəxs iştirak edib

May 9-da SSRİ-nin alman faşizmi üzərində qələbəsindən 72 il ötür.

İkinci Dünya Müharibəsində Azərbaycandan 660 min nəfərin iştirak etdiyi bildirilir

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

APA yazır ki, II Dünya Müharibəsində Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İkinci Dünya Müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Rəsmi məlumatlara görə, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edib.

Ana səhifəXəbərlərFaşizm üzərində qələbədən 72 il ötür