Faiq Əmirliyə qarşı yeni ittihamlar irəli sürülüb

”Faiq Əmirli ittihamı qəbul etməyib, ifadə verməkdən imtina edib”

Source:


”Faiq Əmirli ittihamı qəbul etməyib, ifadə verməkdən imtina edib”

Aprelin 17-də 1 saylı Bakı İstintaq Təcridxanasında “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə yeni ittihamlar irəli sürülüb.

Məlumatı azadliq.info-ya vəkil Fəxrəddin Mehdiyev verib.

İstintaq orqanı onun Cinayət Məcəlləsinin 213.1, (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) ilə təqsirli bilinməsi qənaətinə gəlib. Faiq Əmirli ittihamı qəbul etməyib. O, ifadə verməkdən imtina edib.

“Azadlıq” qəzetinin keçmiş maliyyə direktoru Faiq Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin milli, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunur.

Faiq Əmirli ittihamları rədd edir, baş verənləri “Azadlıq” qəzetinə təzyiq kimi dəyərləndirir.

Ana səhifəXəbərlərFaiq Əmirliyə qarşı yeni ittihamlar irəli sürülüb