Faiq Əmirlinin səhhəti pisləşib

”Sol ayağında ağrılar, öd kisəsində ciddi qalınlaşma var”

Source:


”Sol ayağında ağrılar, öd kisəsində ciddi qalınlaşma var”

AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru, həbsdə olan Faiq Əmirlinin səhhəti yenidən pisləşib.

Məlumatı onun xanımı Lalə Əmirova yayıb.

“Faiq zəng vurmuşdu. Heç bir mübaliğəsiz, təlaşsız, ajiotajsız deyirəm – onun səhhəti getdikcə pisləşir, sol ayağında ağrılar, öd kisəsində ciddi qalınlaşma var”.

Lalə Əmirli deyir ki, təcridxana həkimlərinin müayinəsi də bunu təsdiqləyib.

F.Əmirli ötən il avqustun 20-da saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

İstintaq orqanları onu ABŞ-da yaşayan türkiyəli din xadimi Fethullah Gülen-in nümayəndəsi kimi təqdim ediblər.

Ancaq sonradan onu ancaq “Azadlıq” qəzetinin maliyyə mənbələri ilə əlaqədar dindiriblər.

Həmkarları və ictimaiyyət hesab edir ki, həbsin səbəbi hakimiyyətin “Azadlıq” qəzetini susdurmaq və AXCP rəhbərliyinə təzyiq göstərməkdir.

Bir müddət öncədə F.Əmirlinin mədə ağrılarından əziyyət çəkdiyi, yediklərini qaytardığı bildirilirdi.

Ana səhifəXəbərlərFaiq Əmirlinin səhhəti pisləşib