Faiq Əmirli azadlıqda (yenilənib)

”Azadlıq” qəzetinin yayım direktoru məhkəmə zalından azadlığa buraxılıb

Source:


Faiq Əmirlinin vəkil Aqil Layiçov Apelyasiya Məhkəməsinin qərarını Meydan TV-yə şərh edərkən bildirib ki, məhkəmə onu şərti azadlığa buraxıb:


“Faiq Əmirlinin çəkilməmiş cəzası vardı, 2 il bir neçə gün qalmışdı,  yəni bu cəzanı azadlıqda çəkəcək.  Cəriməyə və ittihamlara gəldikdə, Apelyasiya Məhkəməsi bu məsələlərə toxunmadı, bunlar Faiq Əmirlinin üzərində qalır”.


Vəkil deyib ki, Faiq Əmirli barədə ilkin qərardan şikayət artıq Avropa Məhkəməsində icraata götürülüb.


***


”Azadlıq” qəzetinin yayım direktoru məhkəmə zalından azadlığa buraxılıb

Sentyabrın 15-də Bakı Apelyasiya Məhkəməsi “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin şikayətinə baxıb və onun azad olunması barədə qərar çıxarıb.

Məlumatı Meydan TV-yə Faiq Əmirliyinin həyat yoldaşı Lalə Əmirli verib.

İyulun 24-də Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçən məhkəmə prosesində “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin 3 il 3 ay müddətində azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.Əlavə olaraq ona qarşı Vergilər Departamentinin mülki iddiası təmin edilib və məhkəmə 39 min manat cəriməni onun tərəfindən ödənilməsinə qərar verib.

F. Əmirli 2016-cı il avqustun 20-də saxlanıb.

O, Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Gülənə məxsus kitabların tapıldığı deyilir.

F. Əmirli isə ittihamları saxta hesab edir.

Ana səhifəXəbərlərFaiq Əmirli azadlıqda (yenilənib)