“Facebookda Məhərrəm Həsənov adlı şəxs qeydiyyatdan keçməyib” (VİDEO)

“Azadlıq” qəzetinin şöbə müdiri Seymur Həzinin ittihamı üzrə Abşeron rayon Məhkəməsində hazırlıq iclası davam edib. İclasda jurnalistin vəkili Adil İsmayılov vəsatət verib ki, mübahisə Facebook sosial şəbəkəsində mesaja cavab verilməməsindən yaranıb, buna görə də gələn iclasa kompyüter gətirilsin  və İT mütəxəssisi dəvət olunsun. Vəkil deyib ki, Məhərrəm Həsənov hansı adla Facebookda qeydiyyatdan keçib və Seymur Həziyə məktubunda nə yazıb, buna baxılsın. Hakim vəsatəti təmin etməyib.

Adil İsmayılov bildirib ki, Facebookda Məhərrəm Həsənov adlı şəxs qeydiyyatdan keçməyib. “Maharram Hasanov” adında istifadəçi olub ki, o  səhifə də Məhərrəm Həsənov ev dustaqlığına buraxıldığı dövrdə bağlanılıb.

Növbəti məhkəmə prosesi 4 dekabr saat 11:40-a təyin olunub.

Ana səhifəVideo“Facebookda Məhərrəm Həsənov adlı şəxs qeydiyyatdan keçməyib” (VİDEO)