Eyni gün, eyni döyüşdə həlak olan qardaşlar

Eyni gün, eyni döyüşdə həlak olan qardaşlar

Elman Məmmədov müharibə başlayan gün əsgərlikdə olan iki oğlunun cəbhəyə göndərilməsi xəbərini alıb. Hövnlak yola düşən ata Kürdəmirdə oğullarının da içində olduğu avtobusa yetişərək onları bağrına basıb. 22 yaşlı İman və 20 yaşlı Bəhram. Ailəsi ilə birgə Rusiyada yaşayan iki qardaş turizm üzrə aldıqları təhsili tamamladıqdan sonra vətənə qayıdıblar. Gəldikləri tarixdən 5 gün sonra da birlikdə hərbi xidmətə yola düşüblər. 27 oktyabrda Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində gedən döyüşlərdə isə birgə həlak olublar. İman və Bəhram hamının onları əkiz zənn etməsinə səbəb olacaq qədər oxşar idilər. Anaları deyir ki, bu bənzərlikdə onun da payı var. Elman Məmmədov oğullarının ölüm xəbərini aldığı vaxt artıq 15 gün idi ki, niyyət orucu tuturdu. İstədiyi öz övladları daxil, müharibədəkilərin hamısının ailəsinin yanına sağ-salamat qayıtması idi. İndi onun baş tutmayan arzularına tək təsəlli Azərbaycana geri qaytarılan Qarabağ torpaqlarıdır.

Ana səhifəVideoEyni gün, eyni döyüşdə həlak olan qardaşlar