Evi sürüşmə zonasında olan sakinlər aksiya keçirdilər

Evləri tamamilə yararsız hala düşən 55 ailənin 3 günə köçürüləcəyi deyilsə də, köçürülmə olmadı

Source:

Evləri sürüşmə zonasında olan Zığ qəsəbəsi sakinləri Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. 50-dən çox qəsəbə sakini rəsmi şəxslərlə görüş tələb edib. Onlar PA-nın qarşısındakı bağda oturaq aksiya keçirməyə qərar verdiklərini bildiriblər.

Polis aksiya iştirakçılarından dağılışmağı tələb etsə də, onlar qərarlarında qəti olduqlarını söyləyiblər: “Biz baş nazirin müavini Abid Şərifovla görüş tələb edirik. Əgər Abid müəllim bizi qəbul etməsə, aksiyamızı davam etdirəcəyik. Bu dəfə Zığda fasiləsiz oturaq aksiya keçirəcəyik. Evlərimiz təhlükəli sürüşmə zonasındadır. Hər an başımıza uça bilər. Amma heç kim bizimlə maraqlanmır. Dəfələrlə gəlib baxıblar, o evlərdə yaşamağın təhlükəli olduğunu deyiblər. Amma problemə əncam çəkən yoxdur. Evi uçmaq üzrə olan ailələrin bir çoxu köçürülüb. Suraxanı Rayon İcra Hakimiyyəti o zaman vəd etmişdi ki, evindən köçürülən sakinlərə kirayə pulu veriləcək. Amma bu vəd də elə söz olaraq qalıb. Elə ailələr var ki, artıq 5 ildir, eləsi var 3 ildir, 2 ildir kirayələrdə yaşayır. Amma Suraxanı RİH onlara vəd etdiyi kirayə pulunu da vermir”.

PA-nın qarşısında etiraz edən qadınlarla polis əməkdaşları arasında mübahisə yaranıb. Polislər etirazçıları ərazidən uzaqlaşdırmağa çalışsalar da, sakinlər getmək istəməyiblər. Bundan sonra etiraz edənlər Zığda aksiya keçirməyə qərar veriblər.

Sakinlər : “Qəzalı evlərin birində aksiya keçirəcəyik. Ölsək də, birgə ölək. Bizim evimizin başımıza uçmasını məmurlar ölkə başçısından gizlədirlər. İndi Nazirlər Kabinetindən cavab gözləyirik”.

Sakinlər isə Zığda təkrar aksiya keçirəcəklərini deyiblər.

Şikayətçilər yağışdan sonra çatların dərinləşdiyini dedilər: “Yağışdan sonra çatlar dərinləşir. 500 ailə təhlükədədir. Evləri tamamilə yararsız hala düşən 55 ailənin 3 günə köçürüləcəyi deyilsə də, köçürülmə olmadı. Sakinlər təşviş içindədir”.

Ana səhifəXəbərlərEvi sürüşmə zonasında olan sakinlər aksiya keçirdilər