“Eurovision 2023”ün qalibi bəlli oldu

“Eurovision 2023”. Foto: rarrarorro/shutterstock

Lorin ikinci dəfə İsveçi qalib etdi

Liverpulda “Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib və qalib müəyyən olunub.

İsveçi təmsil edən müğənni Lorin “Tattoo” mahnısı ilə qalib olub.

Bu, Lorinin “Eurovision”da ikinci qələbəsidir.

O, ilk dəfə 2012-ci ildə Bakıda keçirilən “Eurovision” yarışmasında “Euphoria” mahnısı ilə qalib olmuşdu.

Bu il keçirilən müsabiqədə isə 26 ölkə – Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç, Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan və Sloveniya təmsilçiləri finalda yarışıblar.

“Eurovision”un yaradıcısı olan beş ölkə – Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya və 2022-ci ildə müsabiqədə qalib gələn Ukrayna birbaşa finalda iştirak edib.

Çıxışlardan sonra səsvermə olub.

Azərbaycan İsrailə 12, İsveçəyə 10, Albaniyaya 8, İspaniyaya 7, İtaliyaya 6, Avstraliyaya 5, İsveçrəyə 4, Finlandiyaya 3, Ukraynaya 2, Estoniyaya 1 xal verib.

Lorin. Foto: “Eurovision”

Səsvermə nəticələrinin elanı başa çatandan sonra münsiflər heyəti canlı yayımda tamaşaçıların səsverməsinin nəticələrini elan ediblər.

Bu il Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpulda keçirilən 67-ci “Eurovision 2023” mahnı müsabiqəsində ümumilikdə 37 ölkə təmsil olunub.

Azərbaycandan yarışmada Tural və Turan Bağmanov qardaşları – TuralTuranX “Tell me more” mahnısı ilə  qatılıblar.

Onlar finala keçə bilməyiblər.

2022-ci ildə “Eurovision”un qalibi Ukrayna olub.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını nəzərə alaraq, ikinci yeri tutan Böyük Britaniya mahnı müsabiqəsinə onun adından ev sahibliyi edib.

Avropa Yayım Birliyi Ukraynada başlatdığı hərbi əməliyyatlara görə Rusiyanın müsabiqədə iştirakını 2022-ci ildən əngəlləyib.

Ana səhifəMədəniyyət“Eurovision 2023”ün qalibi bəlli oldu