Etiraz aksiyası keçirən iki AXCP üzvü inzibati cəza aldı

Bir nəfər isə cərimələndi

Source:


Bir nəfər isə cərimələndi

Avqustun 21-də Yasamal Rayon Məhkəməsində AXCP Binəqədi rayon şöbəsinin üzvləri Ramin Əhmədovun 15, Bəşir Tanrıverdiyevin isə 10 sutka inzibati həbsi haqda qərar çıxarılıb. Partiyanın Binəqədi şöbəsinin daha bir üzvü Nicat Abdulla isə 200 manat cərimələnib.

Hakim Hüseyn Səfərovun qərarına əsasən, onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə – polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib.

AXCP üzvləri avqustun 20-də metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında saxlanılıblar. Onlar mayın 25-dən həbsdə olan AXCP funksionerləri – Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, Qarabağ döyüşçüsü Babək Həsənovun yaxınları ilə görüş və telefon danışığı hüququnun pozulmasına etiraz edirmiş.

Aksiyaçılar saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə aparılıb və avqustun 21-də məhkəmə qarşısına çıxarılıb.

Ana səhifəXəbərlərEtiraz aksiyası keçirən iki AXCP üzvü inzibati cəza aldı