Ətin qiyməti : Arpa iki dəfə bahalaşıb fermer nə etsin?

Günlərdir ətin qiymətinin qalxması müzakirə mövzusudur. Bəzi yerlərdə ətin kiloqramı 15 manata qədər artıb. Uşaqlıqdan ətçiliklə məşğul olan Murad Zeynalov deyir ki, qiymətin qalxmağı kənd təsərrüfatı mallarının – arpanın, yemin qiymətinin artması ilə bağlıdır. Qəssab müştərilərini itirməməkdən ötrü elə köhnə qiymətlərlə satış edir. Amma hamı bahalaşmaya tab gətirə bilmir.

Yasamalda ətçiliklə məşğul olan Rizvan Hüseynov deyir ki, ətin qiymətinin artımı ümumi bahalaşmanın nəticəsidir. Şəhərin bir çox dükanlarında ət əvvəlki qiymətindədir. Qəssablar isə deyir ki, kənd təsərrüfatı mallarının qiyməti qalxdığına görə, növbəti günlərdə ətin qiymətinin qalxması da qaçılmazdı. Alıcılar isə təkcə ətin yox, ümumi bahalaşmadan şikayətlənir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti Vüqar Hüseynli deyir ki, istehsal baxanda ətin qiymətinin artması üçün heç bir səbəb yoxdur.

Nazirlik qiymətin təyin olunmasında iştirak etmir. İqtisadçı ekspert Rövşən Ağayevsə deyir ki, ölkədə fermerlərin mənafeyini qoruyan birliklər yoxdur. Fermerlərin satdıqları məhsulun qiyməti ilə yem almaq potensialı bərabər deyil. Dövlət yemin qiymətinin ucuzlaşması üçün yollar düşünməlidir.

Ana səhifəVideoƏtin qiyməti : Arpa iki dəfə bahalaşıb fermer nə etsin?