Əslən pakistanlı Böyük Britaniyanın daxili işlər naziri təyin edilib

Baş nazir qurumla əlaqəsi olmayan şəxsi rəhbərliyə gətirib

Source:
Sacid Cavid
Sacid Cavid
Sacid Cavid
Sacid Cavid


Baş nazir qurumla əlaqəsi olmayan şəxsi rəhbərliyə gətirib

Böyük Britaniyada əslən pakistanlı olan Sacid Cavid daxili işlər naziri təyin edilib.

APA-nın “Sky News”a istinadən verdiyi

xəbər

ə görə, bu Ember Raddın istefasından sonra baş verib.

1969-cu il təvəllüdlü C.Cavid daha əvvəl “Chase Manhattan” bankında, “Deutsche Bank”da çalışıb və Britaniya hökumətində yerli özünüidarə məsələlərinə cavabdeh olub.

S.Cavidin bu vəzifəyə təyinatı onunla izah edilir ki, baş nazir Tereza Mey DİN-ə əvvəl bu qurumla hər hansı əlaqəsi olmamış və sələfi E.Raddın qarışdığı qalmaqala bağlılığı olmayan bir şəxsi göndərmək istəyib.

E. Radd “Windrush” adlanan qalmaqaldan sonra istefa verib. Londonun İkinci Dünya müharibəsindən sonra işçi ehtiyacını ödəmək üçün Afrika və Karib adalarından dəvət etdiyi işçilərin nəsilləri Britaniyada məhz bu cür adlandırılır.

Bu ad 1948-ci ildə Yamaykadan bir neçə yüz adamı gətirən “Empire Windrush” laynerinin adından götürülüb. Onlardan sonra minlərlə digər işçi ölkəyə gəlib. 1971-ci ildə onların hamısına müddətsiz Britaniyada qalmaq hüququ verilib.

Lakin 2012-ci ildə qanunvericilik sərtləşdirildikdən sonra onların bəziləri deportasiya təhlükəsi ilə üzləşib. Yeni sənədə əsasən onlar qanunsuz miqrant sayılıb. Qalmaqal da bununla əlaqədar yaranıb. E.Radd parlament komitəsinə deportasiya ediləcək miqrantların göstəriciləri ilə bağlı yanlış məlumatlar verib.

Ana səhifəXəbərlərƏslən pakistanlı Böyük Britaniyanın daxili işlər naziri təyin edilib