Eşidilməməkdən cana doydu – ağzını tikdi…


Hacı İbrahim adlı naxçıvanli iş adamının şirkətindən iki mənzil alsa da evzis qalan Elşad Məmmədov, şikayətlərinə baxılmadığı üçün bu etiraz üsuluna əl atıb. Ağzını tikən vətəndaş, prezidentdən haqq tələb edir və əks halda özünü yandıracağını deyir.

“Azerlife”ın Qazax müxbiri Nicat Əmiraslanovun Meydan TV-yə verdiyi məlumata görə, mayın 18-də rayon iş adamı Elşad Məmmədov 3 ilə yaxındır ki, şikayətlərinə baxılmamasına etiraz edərək ağzını tikib.

Elşad Məmmədov təxminən üç il öncə Bakı şəhərindən,  Naxçıvanlı iş adamı İbrahim İbrahimova

məxsus

“Həsən 96” MTK-dan dəyəri 355 min manat olan iki mənzil alıb.  Lakin mənzillərdən biri ondan xəbərsiz başqa vətəndaşa satılıb, biri isə şikayətçinin iddia etdiyinə görə “saxta məhkəmə” qaydasında əlindən alınıb. Üç ildir ailəsi ilə birgə Qazaxda kirələrdə yaşamalı olan 38 yaşlı Elşad Məmmədov üç uşaq atasıdır.

“Şikayət etdiyi üçün Hacı İbrahimın adamları onu dəfələrcə hədələdiyini deyir. Məcbur qalıb ailəsilə birgə Qazağa köçüb, burda kirədə yaşayır.

Elşad Məmmədovun şikayətinə Korrupsiyaya Qarşı Mübarizə Idarəsində də baxılıb və ona bildirilib ki, şikayət etməkdə haqlıdır, iş məhkəməyə verilib. Lakin mayın 16-da Ali Məhkəmənin işlasında hazırda şikayətə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin baxdığını əsas gətirilərək plenium təxirə salınıb. Lakin İdarədən isə bildiriblər ki, işi bağlayıblar” – jurnalist Nicat Əmiraslanov belə deyir.

O, bu cür etiraz aksiyasına başlamazdan öncə ölkə başçısı İlham Əliyevə video müraciət də edib. Müraciətdə müxtəlif dövlət qurumlarına minə yaxın ərizə yazdığını, lakin heç bir nəticəsi olmamasından gileylənib. O, Qarabağ qazısı Zaur Həsənovun intihar etməsini musal gətirərək, belə hallara məmur özbaşnalıqlarının və vətəndaşların şikayətlərinə baxılmamasının səbəb olduğundan danışıb. Elşad Məmmədov prezidentlə görüş tələb edir.

Hacı İbrahim kimi tanınan nehrəmli iş adamı İbrahim İbrahimov Azərbaycan Diaspor Məsələləri Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır.

O, Bakıda bir çox bahalı tikinti layihələri icra edir. Onlardan biri Xəzərdə 60 milyard dollarlıq süni şəhər layihəsidir. Bu şəhər  Bakıdan 28 kilometr aralıda, Qaradağ rayonunun Sahil qəsəbəsində inşa edilir. Xəzər adaları (“Khazar İslands”) adlanan şəhərin əsas hissəsi Xəzər dənizində yaradılan 50-yə yaxın süni adada yerləşəcək.

Ana səhifəVideoEşidilməməkdən cana doydu – ağzını tikdi…