Əsgərin hərbçi yoldaşını güllələdiyi bildirilir

İcra nümayəndəsi: “Hadisə ehtiyatsızlıqdan baş verib”

Source:
Hərbçi Saleh Valeh oğlu İsayev
Hərbçi Saleh Valeh oğlu İsayev

Ağdam rayonundakı N saylı hərbi hissənin əsgəri Saleh Valeh oğlu İsayev vəfat edib. 12 avqust 1998-ci il təvəllüdlü əsgər oktyabrın 8-də Lənkəranda dəfn olunub.

Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib. Onların sözlərinə görə, əsgərin hansı şəraitdə ölməsi barədə onlara dəqiq məlumat verilməyib. İlkin məlumatlarda onun əsgər yoldaşı tərəfindən güllələndiyi bildirilir.

Saleh İsayev bu il aprelin 6-da hərbi xidmətə yollanıb.

Lənkəran şəhər icra nümayəndəsi Amid Abdullayev faktı Meydan TV-yə təsdiqləyib: “Hadisə ehtiyatsızlıqdan baş verib. Bunun əlində bıçaq olub, o birisinin əlində avtomat. Vurub uşağı öldürüb. Gətirib dəfn elədilər”.

Faktla bağlı Müdafiə Nazirliyi açıqlama verməyib.

Ana səhifəXəbərlərƏsgərin hərbçi yoldaşını güllələdiyi bildirilir