Əsgər Natiq Tahirli şəhid oldu

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib

Source:


Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib

Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib. Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ana səhifəXəbərlərƏsgər Natiq Tahirli şəhid oldu