Əsgər əsgəri güllələdi

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Source:

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Azərbaycanın cəbhə bölgəsində yerləşən hərbi hissəsində əsgər əsgər yoldaşlarını güllələyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-də saat 06:45 radələrində cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib. Sonra isə B.Ağakişiyev silahından atəş açaraq intihar edib.

Yaralı əsgər K.Əhmədova ilk yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Ana səhifəXəbərlərƏsgər əsgəri güllələdi