“Əsas kapitala qoyuluşda azalma var”

Dövlət Statistika Komitəsi: “Bu göstərici ötən ilkindən 3,2 faiz azdır”

Source:

2017-ci ilin yanvarından iyuna kimi iqtisadiyyat və sosial inkişaf məqsədi ilə əsas kapitala 5 mlrd. 671,7 mln manat vəsait qoyulub.

Məlumatı Dövlət Statistika Komitəsi yayıb. Bildirilir ki, əsas kapitala qoyuluşda azalma var.

“Hazırkı göstərici ötən ilin eyni dövründən 3,2 faiz azdır”.

Statistika qurumu əsas kapitala qoyulmuş məbləğin 3 mlrd. 663,5 mln manatının neft sektoruna, qalanını isə qeyri-neft sektoruna yatırıldığını bildirir.

İstifadə olunmuş vəsaitin 82,9 faiz istehsal müəssisələrinə xərclənib. 11,9 faiz xidmət, 5,2 faiz də 629,7 min kvadrat metr mənzil tikintisinə yönəldilib.

“Əsas kapitala vəsaitlərin 37,3 faizi daxili imkanlar hesabınadır. Müəssisə və təşkilatların əsas kapitalının qiyməti ümumi sərmayələrin 70,4 faizini təşkil edib. 12,4 faiz bank kreditləri, 11,2 faiz büdcə vəsaiti, 4,5 faiz əhalinin əmanətləri; 1,4 faizi büdcədənkənar fondlar, 0,5 faiz də başqa fondların payına düşür”.

2016-cı ildə bütün mənbələrdən əsas kapitala investisiyalar 14 mlrd 903,4 mln manat olmuşdu. Bu, 2015-ci ildən 26,1 faiz (faktiki qiymətlərlə) az idi.

Ana səhifəXəbərlər“Əsas kapitala qoyuluşda azalma var”