Ermənstanda qadınlar da hərbi xidmətə çağırıla bilər

Foto: Ermənistan MN

“Qanun lahiyəsi ictimaiyyətə təqdim olunub və müzakirəyə çıxarılıb”

Ermənistanda qadınların hərbi xidmət keçməsi ilə bağlı qanun layihəsi gündəmə gəlib.

Bu barədə fevralın 9-da Ermənistan müdafiə naziri Suren Papikyan hökumətin iclasında danışıb.

O bildirib ki, Müdafiə Nazirliyinin təqdim etdiyi qanun layihəsi qəbul edilsə, qadınların hərbi xidmətə çağırılması mümkün olacaq.

Nazir layihənin artıq ictimaiyyətə təqdim olunduğunu deyib.

Qadınların 6 aylıq hərbi xidmət keçəcəyini vurğulayan Papikyan onların qış çağırışına keçmək üçün çalışacaqlarını vurğulayıb:

“Çünki infrastruktur baxımından yay çağırışına keçə biləcəyimizi söyləmək çətindir. Hər şey bizim sürətimizdən asılıdır”.

Baş naziri Nikol Paşinyan məmnunluqla qeyd edib ki, onlar daha bir mühüm islahatın həyata keçirilməsinin praktiki mərhələsinə qədəm qoyurlar:

“Biz qadınlara könüllü olaraq 6 aylıq hərbi xidmət keçmək imkanı verəcəyik. Bundan sonra onlar “Vətənin müdafiəçisi” proqramının məntiqinə uyğun olaraq daha uzun müddətə hərbi xidmət keçə biləcəklər”.

Baş nazir əlavə edib ki, onların qarşısında qadınlar üçün yeni və ya çox təzə infrastruktur yaratmaq vəzifəsi var.

“Bu, yeni səhifədir və biz bu prosesə yeni məzmun və təravətlə başlamalıyıq”, – deyə Paşinyan bildirib.

Ana səhifəDünyaErmənstanda qadınlar da hərbi xidmətə çağırıla bilər