Vaaqn Xaçaturyan 71 deputatın səsini qazanıb
Martın 3-də Vaaqn Xaçaturyan Ermənistan prezidenti seçilib.
Vaaqn Xaçaturyan Ermənistanın parlamentinin dünənki toplantısında kifayət qədər səs toplamadığından səsvermə bu gün təkrar keçirilib.
Məlumatı Ermənistan mediası yayıb.
Bildirilir ki, 71 deputat hakim “Mülki müqavilə” fraksiyası Vaaqn Xaçaturyanın lehinə səs verib:
Müxalifətin “Hayastan” və “Mənim namusum var” fraksiyaları öz namizədlərini irəli sürməyib.
Onlar müzakirələri boykot ediblər.
Yanvarın 23-də Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.
O, bu qərarını müvafiq səlahiyyətlərin olmaması ilə əlaqələndirib.
1959-cu ildə doğulan A.Xaçaturyan Yerevan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1996-1999-cu illərdə deputat olub.
2021-ci ildə yüksək texnologiyalar sənayesi naziri təyin edilib.