Prezidentin fərmanı ilə yeni nazir təyin olundu
Ermənistanın Müdafiə naziri David Tonoyan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistan Prezidenti noyabrın 20-də fərman imzalayıb.
Prezidentin digər fərmanıyla Vaqarşak Arutunyan Müdafiə naziri təyin edilib.
David Tonoyan 1918-ci ildən Müdafiə naziri vəzifəsində idi.
Vaqarşak Arutunyan Baş nazir Nikol Paşinyanın müşaviri olub.
1956-cı ildə Gürcüstanda doğulan yeni nazir 1978-ci ildə Bakıda Xəzər hərbi-dəniz məktəbini bitirib. O, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.