Ermənistandan olan sülhpərvərlər İlham Əliyevə müraciət edib

“Hazırda Ermənistanın Azərbaycanla sərhəd olan Tavuş regionundakı Nerkin Saxkavan kəndində yaşayıram”

Source: Specify Source


Onlar Azərbaycanda qalan Ermənistan vətəndaşlarının geri qaytarılmasını istəyirlər

Ermənistandan olan sülhpərvər fəal Yuri Manvelyan prezident İlham Əliyevə müraciət edərək, iradəsinə zidd olaraq Azərbaycanda qalmış həmyerlilərinin azad edilməsini xahiş edib.

Onun ardınca digər sülhpərvər Georgi Vanyan da İlham Əliyevə müraciət edib. Meydan TV sosial şəbəkə vasitəsilə yayımlanan həmin müraciətlərin mətnini dərc edir:

“Azərbaycanın prezidenti İlham Əliyevə.

Mən, Georgi Vanyan Qaraçinar\Arçixala (Goranboy rayonu) kəndində anadan olmuşam. Hazırda Ermənistanın Azərbaycanla sərhəd olan Tavuş regionundakı Nerkin Saxkavan kəndində yaşayıram. 20 ildir ki, vətəndaş sülhpərvərliyi ilə məşğul oluram, lakin bu, müharibədən qaçmağa kömək etmədi. 2018-ci ildə dostumun dəvəti ilə Azərbaycana gəlmək şərəfinə nail oldum. Bakını və öz doğma kəndimi gördüm.

Hazırda ətrafda baş verənləri, danışılanları, yazılanları, sosial şəbəkələrdə mübahisə olunanları izlədikcə aydınlaşır – onlar – jurnalistlər, yazıçılar və publisistlər, siyasətçilər və yaxınlarda meydana çıxmış inqilabçılar, ziyalılar və vətəndaş sektoru, qərbyönlülər və şərqyönlülər – bütün bu kəsim qana doymayıb, onların insanlığa nifrət bəsləyən nəzəriyyələrini bir az da “bəsləmələri” lazımdır. Müharibə onlardan yan keçdi, əvəzində xeyli qurban aldı. Kamuflyajlı gəncləri Qarabağa iradələrinə zidd apardılar.

Görünür ki, Ermənistan və Azərbaycan vətəndaşlarının məsələləri üzrə müraciət edə biləcəyimiz və etməli olduğumuz yeganə regional lider Sizsiniz. Əsirlərin və itkin düşənlərin doğmaları bu haqda tez-tez və açıq-aşkar danışırlar.

Azərbaycan Respublikasının ərazisində iradəsinə zidd olaraq qalan bütün Ermənistan vətəndaşlarını buraxmanızı Sizdən çox xahiş edirəm.

Georgi Vanyan

19 may 2021-ci il”

Ana səhifəSiyasətErmənistandan olan sülhpərvərlər İlham Əliyevə müraciət edib