Beynəlxalq Əmək Təşkilatı dünya ölkələrinin orta aylıq əmək haqqı statistikasını aparıb
Statistikası aparılan 71 ölkə içində Azərbaycan ən aşağı yerlərdən birindədir.
InvestorSсholl.ru saytında dərc olunmuş materiala əsasən, ən yüksək orta aylıq əmək haqqı Lüksemburqdadır – 3722 dollar.
Azərbaycanda orta aylıq əmək haqqı 303 dollar olmaqla, ən son yerlərdən birini tutur. 430 və 404 dollarlıq göstəricilərlə müvafiq olaraq 55 və 57-ci yerləri tutan Gürcüstan və Ermənistandan geridə qalır.
Azərbaycanın göstəricisi bir çox Afrika və Asiya ölkələrindən, həmçinin Avropanın yoxsul ölkələrindən – Bolqarıstan, Bosniya və bir sıra digərlərindən də aşağıdır. Moldova, Monqolustan, Tacikistan, Qırğızıstan və Suriyada vəziyyət daha pisdir.