Ermənistanda jurnalistlərin sualı səfiri əsəbləşdirib

”Sizin hansısa başqa bir mövzunuz yoxdur?”

Source:


”Sizin hansısa başqa bir mövzunuz yoxdur?”

Ermənistan jurnalistlərinin Rusiyanın Azərbaycana silah verməsi ilə bağlı sualları Rusiyanın bu ölkədəki səfiri İvan Volinkini əsəbləşdirib. O, jurnalistləri hər dəfə eyni sualı verməkdə günahlandırıb.

Məlumatı Azadlıq Radiosunun Ermənistan xidməti yayıb.

Səfir bu barədə danışmayacağını deyib:

“Sizin hansısa başqa bir mövzunuz yoxdur ? Dəfələrlə eyni şeyi təkrar edirsiniz, bu barədə nə qədər danışmaq olar? Biz Ermənistana da silah göndəririk”.

Cavabla qane olmayan jurnalistlər ona yenə sual ünvanlayıblar:

“Prezident Vladimir Putinin bəyanatından sonra Rusiya Azərbaycana silah verməkdə davam edəcəkmi?”

Volınkin prezidentin çıxışını şərh etməyəcəyini deyib: “ Ay Allah, məndən nə istəyirsiz… Dedim ki, biz bu barədə danışmayacağıq”.

Rusiya prezidenti Vladimir Putin ötən həftə ABŞ-ın Ukraynaya silah satması məsələsinə toxunanda deyib ki, bu münaqişəli regionlarda sülhə xidmət eləmir.

Səfir Volınkin sentyabrın 13-də keçirilən brifinqdə Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyindən çıxması ilə bağlı “Yelk” blokunun təşəbbüsünü də şərh edib.

“Əgər onlar təşəbbüs vermək istəyirlərsə, buyursunlar, heç kim onlara mane olmur. Amma bu Ermənistana nə qədər lazımdır, bu, başqa məsələdir. Hesab edirəm ki, Ermənistan sakinlərinin əksəriyyəti bu təşəbbüslə razı deyil, çünki onlar açıq-aydın Ermənistanın bu birlikdə olmasının üstünlüklərini görürlər”.

Ana səhifəXəbərlərErmənistanda jurnalistlərin sualı səfiri əsəbləşdirib