Ermənistanda infilyasiya ixracatçılara zərər vurur

Ermənistan, Foto: Madrugada Verde/Shutterstock

“100 mindən çox Rusiya vətəndaşı bu ölkəyə daxil olaraq Ermənistan banklarında on minlərlə hesab açıb”

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Ermənistanın milli valyutası olan dram erməni ixracatçılarına zərər vurmağa başlayıb. Ermənistanda inflyasiya sürətlə artıb.

“OC Media” yazır ki, Yerevan-Gümrü magistralının yaxınlığında yerləşən kiçik mağaza Aqaranın yerli icmasına, Yerevandan gələn səyahətçilərə xidmət göstərir. Ermənistanda və dünyada baş verən son iqtisadi tənəzzülə baxmayaraq, mağaza əvvəlki gəlirini əldə edə bilmir.

Sahibi Gevorq Karapetyan deyib ki, insanlar hələ də eyni miqdarda pul xərcləyirlər, lakin daha az məhsul alırlar. Eyni zamanda, satış da ötən ilə baxanda azalıb.

May ayının məlumatına görə, Ermənistanda tərəvəz qiymətləri əvvəlki illə müqayisədə iki dəfə artıb. Süd məhsullarının qiymətlərində isə 10-27 faiz arasında artım qeydə alınıb.

Səbəb pandemiya ilə əlaqəli logistika problemlərinin olması, eyni zamanda, Rusiyanın Ukraynaya təcavüzünün iqtisadi nəticələridir. Rusiya Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olduğu üçün hazırki müharibənin nəticələri bu ölkəyə birbaşa təsir edir.

İyun ayına olan məlumata görə, Ermənistanda inflyasiya 10 faizdən yuxarıdır.

Bu ilin əvvəlində inflyasiya dramın ucuzlaşması ilə əlaqələndirilirdi ki, bu da Rusiya rublunun dəyər itirməsinə cavab idi. Lakin iyulda dramın dəyəri 2014-cü ildən bəri istənilən nöqtədən yüksək olmaqla 1 dollardan ֏400-ə çatıb. Son dörd il ərzində onun dəyəri bir dollar üçün orta hesabla ֏485 olub.

Lakin bu, ölkədə inflyasiyanın azalmasına gətirməyib.

İnsanlar yüksək qiymətlər və kirayə haqları səbəbindən əsas ehtiyaclarını çətinliklə ödəyir.

“OC Media” yazır ki, son ayda dramın bahalaşmasında Ermənistana köçən rusların bu ölkəyə külli miqdarda rubl gətirmələrinin həlledici rolu olmuş ola bilər. 100 mindən çox Rusiya vətəndaşı bu ölkəyə daxil olaraq Ermənistan banklarında on minlərlə hesab açıb.

Yerevanlı iqtisadçı Hrant Mikaelyan deyib ki, bu, Ermənistanın qazı rublla ödəmək qərarı ilə yanaşı, dramın bahalaşmasına səbəb olub.

Mənbə: “oc-media.org”

Lakin ixracatçıların xahişlərinə baxmayaraq, bu və digər amillərin səbəb olduğu dramın artması Ermənistan Mərkəzi Bankının əks hərəkətləri ilə qarşılanmayıb.

“Ermənistanın Mərkəzi Bankı həmişə qiymətli dram satmaq siyasəti aparıb”, – Mikaelyan “OC Media”ya bildirib.

“Mən bu siyasəti yanlış hesab edirəm” deyən, iqtisadçı əlavə edib ki, benzin qiymətlərinə gəldikdə daha qiymətli dram yaxşı olsa da, səlahiyyətlilərin düşünməli olduğu tək şey bu deyil.

“Bu, yerli istehsalçılara pis təsir edir”,- deyə izah edir.

Mikaeliyanın fikrincə, yerli biznesin gəlirli ixracı təmin etmək üçün dramda sabitliyə ehtiyacı var.

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan artıq Mərkəzi Bankdan müdaxilə etməyi və dramın dəyərini aşağı salmağa kömək etməsini xahiş edib. Ermənistan hökuməti də indi eyni mövqedədir.

Mərkəzi Bank isə belə addımlar atmaqdan imtina edib. Bankın prezidenti Martin Qalstyanın fikrincə, Mərkəzi Bank və hökumət dramın bahalaşması ilə bağlı yaranan problemləri həll etmək üçün “məqsədli yanaşma” tətbiq etməlidir.

“Bir variantla dramın məzənnəsini süni şəkildə devalvasiya etmək olardı, lakin bu halda biz Ermənistanın bütün vətəndaşlarını, o cümlədən ixracatçıları vuracaq daha pis inflyasiya vəziyyəti yaradardıq”.

Mərkəzi Bank ilin sonuna 8 faiz inflyasiya gözləyir.

Kerobyanın sözlərinə görə, dünyada artan inflyasiyanı nəzərə alsaq, Ermənistanın 9-10 faizi “fantastik” rəqəmdir.

Ana səhifəDünyaErmənistanda infilyasiya ixracatçılara zərər vurur