Əməliyyat Füzuli rayonu istiqamətində həyata keçirilib
Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub.
Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Məlumatda bildirilir ki, aparat noyabrın 26-sı axşam saatlarında cəbhənin Füzuli rayonu istiqamətində vurulub.
Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vaxtında aşkar olunaraq atəşlə məhv edilib.