Ermənistan ordusunun iki hərbçisi öldürülüb, xeyli sayda yaralı var

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir

Source:


Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.

Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu öldürülüb, xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

Ana səhifəXəbərlərErmənistan ordusunun iki hərbçisi öldürülüb, xeyli sayda yaralı var