Ermənistan KİV: Rəsmi Bakı sərhədçini yaralayan erməni hərbçilərini tələb edib

“Tərəflərin danışıqları son dərəcə emosional keçir”

Source: reuters


“Tərəflərin danışıqları son dərəcə emosional keçir”

Azərbaycanın bağladığı Gorus-Qafan magistralının açılması ilə bağlı danışıqlar hələlik nəticə verməyib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Azərbaycan tərəfilə danışıqlar Rusiya sərhədçilərinin iştirakıyla aparılır.

Bu barədə avqustun 27-də “Sputnik-Armaniya” xəbər yayıb.

Bildirilir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti sözügedən magistralda sərhəd postlarından birindən azərbaycanlı sərhədçiyə hücum barədə məlumatları Ermənistan tərəfinə verib.

“Bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu məlumatların yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb”, – məlumatda bildirilir.

İddia edilir ki, Bakı əvvəlcə azərbaycanlı sərhədçiyə hücum edən və yaralayan erməni hərbçilərinin onlara verilməsi tələb edib.

Rəsmi Bakı bildirib ki, hərbçi onların nəzarətində olan ərazisində yaralanıb və bu, təxribatdır: “Tərəflərin danışıqları son dərəcə emosional keçir”.

Erməni tərəfi hesab edir ki, tərəflərin istintaq orqanları avqustun 25-də azərbaycanlı sərhədçinin yaralanması ilə bağlı insidenti birgə araşdıracaq: “Bundan sonra yolun açılmasından danışmaq mümkün olacaq”.

Avqustun 25-də axşam Azərbaycan Qorus-Qafan yolunu bağlayıb.

Azərbaycan Sərhəd Xidmətinin məlumatında sərhədçi Ruslan Şirəliyevin iki erməni tərəfindən süngü ilə yaralandığı bildirilib.

Qeyd olunub ki, Azərbaycan tərəfi “adekvat tədbirlər” görəcək.

Ana səhifəXəbərlərErmənistan KİV: Rəsmi Bakı sərhədçini yaralayan erməni hərbçilərini tələb edib