Ermənistan əsirləri “hamının əvəzinə hamı” prinsipi üzrə dəyişdirməyi təklif edir

Baş nazirin müavini: “Əgər gələcəkdə digər məhbuslar peyda olarsa, onlar hər hansı bir ilkin şərt qoyulmadan dərhal qaytarılmalıdır” Dekabrın 2-də Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini qəbul edib

Source: куцйкцук

Baş nazirin müavini: “Əgər gələcəkdə digər məhbuslar peyda olarsa, onlar hər hansı bir ilkin şərt qoyulmadan dərhal qaytarılmalıdır” Dekabrın 2-də Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini qəbul edib.

“Armenpress”ə

bu haqda Tiqran Avinyanın ofisindən xəbər veriblər.

Baş nazirin müavini Rusiya tərəfinə Qarabağda hərbi əməliyyatların bitməsində və atəşkəs rejiminin təyin edilməsində aparıcı rol oynadığına görə minnətdarlıq edib. Görüş zamanı əsirlərin dəyişdirilməsi, itkin düşənlərin və həlak olanların meyitlərinin axtarılması ilə bağlı məsələlər müzakirə olunub. Baş nazirin müavini qeyd edib ki, bu məsələlər Ermənistan hökumətinin gündəliyindədir və onun maksimal şəkildə tezləşdirilməsi üçün hər şey edilir.

Tiqran Avinyan bəyan edib ki, əsirlərin dəyişdirilməsi prosesində erməni tərəfi “hamının əvəzinə hamı” prinsipini tətbiq etməyi təklif edir. Bundan başqa, belə bir mexanizm təklif edilir: əgər gələcəkdə digər məhbuslar peyda olarsa, onlar hər hansı bir ilkin şərt qoyulmadan dərhal qaytarılmalıdır. Səfir Kopırkin qeyd edib ki, həlak olanların, əsirlərin və itkin düşənlərin axtarılması məsələsi Rusiya rəhbərliyinin diqqət mərkəzindədir və Rusiya rəhbərliyi 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın maddələrinin hərtərəfli reallaşdırılmasına xüsusi önəm verir.

“Baş nazirin müavini Tiqran Avinyan Arsax (Qarabağ) xalqının humanitar problemlərinin həllində Rusiyanın təqdim etdiyi köməyin əhəmiyyətini qeyd edib. O, həmçinin Arsaxa beynəlxalq humanitar təşkilatların maneəsiz girə bilməsi zərurətini söyləyib”, – məlumatda deyilir.

Ana səhifəSiyasətErmənistan əsirləri “hamının əvəzinə hamı” prinsipi üzrə dəyişdirməyi təklif edir