Ermənilərdən niyə üzr istəməliyik?

Saatlı bombadır Naxçıvan, hələ gələcək bəlaların baiskarıdır

Source:

Günelin “Erməni xalqına müraciət”ini oxuyanda: “Tutaq ki, mən bir azərbaycanlı, bir bakılı kimi ermənilərdən üzr istəməliyəmmi?” sualı beynimdə xeyli fırlandı durdu. Üzrə səbəb varsa çəkinmədən üzr istəyərəm, qürurum inciməz. Amma keçərli bir səbəb tapa bilmədim. Açığı, Günelin də nə üçün üzr istədiyini anlamadım.

Halbuki ermənilərin bizdən, məndən üzr istəmələri üçün o qədər səbəb var ki, say say bitməz. Hamının bildiyi, dillər əzbəri olan “həqiqətlərimizi” demirəm, bunlar məlum şeylərdir, təkrarı baş ağrıdar. Əksinə, hamının bildiyi amma israrla susduğu səbəblər haqda danışacam. Qorxudan susduğu. Abrına qısılıb susduğu. Daha böyük fitnə-fəsada, ixtilaflara rəvac verməmək üçün susduğu həqiqətlərdən.

Günel Mövlud yazır ki, “Qarabağ ermənilərinin Ermənistanın başına açdığı oyunlara görə gərək ermənilər bizi bağışlasın”.

Niyə? Heç düşündünmü ki, Qarabağ ermənilərinin acgözlüyü; hakimiyyət, madiyyat hərisliyi qarabağlı olmalarından yox, tutaq ki, erməniliklərindən ola bilər? Axı bu belədir. Bu, gün kimi aydın həqiqətdir.

Qarabağ ermənilərinin qohumbazlığı, yerlibazlığı, klançılığı, qəbiləçiliyi qarabağlılıqlarından ötrü olsaydı, eyni keyfiyyətlər qarabağlı azərbaycanlılarda, türklərdə də olardı. Amma biz bu keyfiyyətləri bizim qarabağlılarda görmürük. Şirvanlılarda da görmürük. Hətta bu detal bizə bunu deməyə əsas verir ki, ermənilər Qarabağda avtaxton deyillər, olmayıblar. Onların Qarabağ torpaqlarında mövcudluqlarının tarixi qədim olsaydı, o torpaqlarda qonaq olmasaydılar, Qarabağda yaşayan türkləri də özlərinə oxşadardılar.

Necə ki, yerazlar və naxçıvanlılar bu keyfiyyətlərin hamısını ermənilərdən əxz ediblər.

Bilirsiniz nə var, bir gün kimsə bu haqda danışmalıydı. Bir gün kimsə bu söhbətləri çayxanadan çıxarıb mətnə çevirməliydi. Verbal müstəvidən yazıya köçürməliydi, hayqırmalıydı. Bu böyük bəladır və inkar edən, görməzlikdən gələn hər bir kəs şarlatandır, alçaqdır, riyakardır.

Separatizm bəlasını bizim başımıza təkcə ermənilərmi açdı? Bəs müharibənin ən şıdırğı vaxtında Ermənistanla separat danışıqlara gedən, bu səbəblə də sağ-salamat qalan Heydər öndərliyindəki Naxçıvanı niyə unudursunuz? Azərbaycanın Naxçıvan adlı bu altıncı barmağını niyə görməzlikdən gəlirsiniz? Saatlı bombadır Naxçıvan, hələ gələcək bəlaların baiskarıdır, gözləmə mövqeyindədir və onun Azərbaycanın kürəyinə sancacağı xəncərin yanında erməninin xəyanətləri, separatçılığı toya getməli olacaq. Görəcəksiniz.

Erməni məndən ona görə üzr istəməlidir ki, mənim başıma yeraz-naxçıvanlı bəlasını açıb. Xalq olaraq, ölkə olaraq Qarabağ münaqişəsi başlayan gündən bu iki qövmün, bu iki klanın əsarəti və zülmü altında inləyirik. Onlar ermənilərin Azərbaycandakı fövqəladə və səlahiyyətli nümayənədələridir. Bu gündən geci yoxdur, elə bu dəqiqə ermənilər bizdən üzr istəməlidirlər.

Hətta vəziyyət o həddə çatıb ki, qohumbazlıq, yerlibazlıq, regionçuluq kimi arxaizmləri yaşatmayan, bunlardan uzaq olan bölgələrimiz və bu bölgələrin insanları yerazlara və naxçıvanlılara həsəd aparırlar. Biz şirvanlılar, biz aranlılar, biz qubalılar, biz qarabağlılar yeraz və naxçıvanlı kimi olmadığımıza görə kompleks keçiririk, onlara paxıllıq edirik.

Sözə bax sən allah: “Biz yerazlar, naxçıvanlılar kimi bir-birimizi tuta bilmirik…”

Niyə tutmalıyıq ki? Bir-birimizin harasından tutmalıyıq? Adam kimi yaşasaq olmazmı? İnsanlara çıxdıqları bölgələrə görə qiymət vermək nə zamandan mərifət, çağdaşlıq, mədəniyyət olub? Axı biz bundan sonra üç əsr gücənsək də yeraz və naxçıvanlılar kimi ola bilmərik. Bizə erməni nəfəsi dəyməyib, onlara oxşamırıq. Sadəcə oxşamırıq. Kiçik, əzilmiş xalq kompleksimiz yoxdur və olmayıb. Biz fərdik, qəbilə deyilik, tabor deyilik. Bu dəyərlər sistemi içərisində, bu koordinatlarda istəsək də yaşaya bilmərik.

Deyəcəksiniz ki, haqsızsan. Regionçuluq edən, “bir-birini tutan” (görəsən harasından?) təkcə yerazlar, naxçıvanlılar deyil. Yaxşı, razıyam, bu arxaizmləri sevə-sevə yaşadan; ədəbiyyatı və mətbuatı özəlləşdirmədə naxçıvanlı və yerazlarla rəsmən yarışan Qazax bölgəsi də var. Olsun. Amma bu bölgə də Ermənistanla sərhəddir. Havası dəyib nəhayət. Bunu anlamağa nə var? Qaldı ki, məsum aşıq, saz, xəngəl millətçiliyi ilə idbar yeraz-naxçıvanlı klançılığı müqayisəyə belə gəlməz. Biri sazını dınqıldadır və xoşbəxtdir. Bu birilər isə bizi rəsmən minirlər.

Siyasət, biznes və digər sahələrdə yeraz-naxçıvanlı hegemonluğundan əziyyət çəkənlər təkcə qeyriləri deyil, həm də yerazların və naxçıvanlıların özləridir. Naxçıvanda olmaq, orada sadə insanlarla görüşmək bəsdir ki, gözlərindəki qorxunu görəsən. Açıq havada, mavi səma altında bir həbsxanadır Naxçıvan. Oradakı sadə insanlar da bizim kimi bu murdar hakimiyyətin əsiridirlər. Yerazların da, naxçıvanlıların da içində vəziyyətin belə hal almasından ötrü narahat olan, xəcalət çəkənlər var. Mən əlbəttə ki, onları istisna edirəm və yazılanların onlara aid olmadığını bildirirəm. Zatən insan hansı zəkanın, dərrakənin, vicdanın yiyəsi olmalıdır ki, bu yazını ayrıseçkilik, ümumiləşdirmə, stereotiplşdirmə kimi qələmə versin. Kor kor, gör gör. Dedim axı, hər kəsin çayxanada danışdıqlarını və haqlı olaraq danışdıqları şeyləri oxuyursunuz bu dəqiqə. Bizdə bütün həqiqətlər çayxanalarda danışılır deyə, ənənəvi çayxanaları da yox etdilər yerazlarla naxçıvanlılar.

Mən ermənilərdən üzr istəməyəcəm. Qarabağlı ermənilər Ermənistanda nə oyundan çıxırlar çıxsınlar. Özləri bilər, erməni qardaş-bacıları bilər. Dünyaya səpələnmiş, pərən-pərən salınmış ermənilərin əzilmişliyi bu xalqın psixologiyasını bu yöndə formalaşdırıb. Beş aşağı, beş yuxarı – bu keyfiyyətlər ermənilərin hamısına xasdır.

Amma bizə xas deyil. Biz tabor estetikasından uzağıq. Və nə yaxşı ki, uzağıq.

Uzaq olmayanlar isə görürsünüz illərdir Azərbaycana və azərbaycanlılara necə qan uddururlar. Artıq yeraz və naxçıvanlılara oxşayan, oxşamaq üçün dəridən-qabıqdan çıxan və düzünü desəm, böyük uğurlar qazanan qeyri yeraz və qeyri naxçıvanlı nəsil yetişib. Sadiq kölələr nəsli.

Ermənilər dərhal məndən üzr istəməlidirlər. Bax, bu saat üzr istəməlidirlər.

P.S. Bilirəm ki, bu yazı yüz minlərin ürəyindən tikan çıxaracaq. Çoxunuz çoxdandır bu cümlələri oxumaq istəyirdiniz. Artıq oxudunuz. Yüz minlər isə əksinə, hürüşməyə başlayacaqlar. Bu yazının altında həm təşəkkürü, alqışı görəcəksiniz, həm də nifrəti və lənəti. Belə də olmalıydı.

Ana səhifəMənim FikrimcəErmənilərdən niyə üzr istəməliyik?