”SES-in tikintisi Laçın rayonu ərazisində məskunlaşdırılan sakinlərin elektrik enerjisinə ehtiyacını tam ödəyəcək”
Ermənilər işğal altında olan Qarabağ torpaqlarında Su Elektrik Stansiyası (SES) tikir. Bu barədə məlumatı panarmenian.net saytı yayıb.
Məlumatda bildirilir ki, “Dağlıq Qarabağ Respublikası prezidenti” Bako Saakyan iyulun 25-də bu barədə açıqlama verib. Onun sözlərinə görə, Araz çayının sol qolu sayılan Həkəri və Bərgüşad çaylarının qovşağında, Laçın rayonu ərazisində Su Elektrik Stansiyası inşa edilir.
Bako Saakyan SES-in tikintisinin Laçın rayonu ərazisində məskunlaşdırılan sakinlərin elektrik enerjisinə ehtiyacını tam ödəyəcəyini deyib.
O, rayonun ərazisində bir neçə il əvvəl salnmış Tsitsernavank kəndində də olub. Burada o, köçürülmə və məhsul yığımı ilə maraqlanıb.