Ermənilər İlham Əliyevin bəyanatına reaksiya verdi

Ermənistan XİN mətbuat katibi Tiqran Balayan prezidentin təklifini ”reallığı baş-ayaq çevirmək” cəhdi hesab edib

Source:
foto Turan IA
foto Turan IA
foto Turan IA
foto Turan IA


Ermənistan XİN mətbuat katibi Tiqran Balayan prezidentin təklifini ”reallığı baş-ayaq çevirmək” cəhdi hesab edib

Qarabağ erməniləri və rəsmi Yerevan Dağlıq Qarabağa Azərbaycanın tərkibində respublika statusu verilməsilə bağlı prezident İlham Əliyevin bəyanatına mənfi reaksiya veriblər.

Məlumatı “Turan” İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadən yayıb. Bilirilir ki, Qarabağ ermənilərinin liderinin köməkçisi David Babayan bu təklifi “qeyri-ciddi və gülünc” adlandırıb.

Ermənistan XİN mətbuat katibi Tiqran Balayan İ.Əliyevin təklifini “reallığı baş-ayaq çevirmək”cəhdi hesab edib. O, sonra əlavə edib ki, Dağlıq Qarabağın statusu “Dağlıq Qarabağ xalqının iradəsi” əsasında həll olunmalıdır.

Hakim partiya sədrinin müavini Eduard Şarmazanov bu ideyanı “qəbuledilməz” kimi qiymətləndirib. Onun sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq miqyasda tanınması zaman məsələsidir.

Prezident İlham Əliyev rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində Qarabağa muxtar respublika statusunun verilməsinin mümkünlüyünü bildirib. Müsahibə oktyabrın 18-də dərc edilib.

Ana səhifəXəbərlərErmənilər İlham Əliyevin bəyanatına reaksiya verdi