Erməni silahlı bölmələri Ağdamda məktəblini yaralayıb

11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb

Source:


11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb

Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsinə azərbaycanlı məktəbli yaralanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb.

Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ana səhifəXəbərlərErməni silahlı bölmələri Ağdamda məktəblini yaralayıb