Erməni kəşfiyyat-diversiya qrupunun hücumu dəf edilib

Təxribat zamanı üç əsgər yaralanıb

Source:


Təxribat zamanı üç əsgər yaralanıb

Mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu Azərbaycan ordusunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərindəki postlarından birinə basqın etməyə cəhd göstərib.

“Turan İA” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən  məlumat yayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin göstərdiyi şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək, dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib.

Təxribat zamanı yüngül yaralanmış gizir Murad Məmmədov, əsgərlər Tural İsaqov və Mirzə Mirzəli hərbi tibb müəssisəsinə yerləşdiriliblər. Hərbi qulluqçuların vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur.

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərrbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Ana səhifəXəbərlərErməni kəşfiyyat-diversiya qrupunun hücumu dəf edilib