Adətən, xaki rəngli mayka və kepka taxan erməni inqilabının lideri Nikol Paşinyan, başçılıq etdiyi “Yelk” parlament fraksiyasının toplantısı üçün kostyum geyinmişdi. O, rəsmi olaraq Ermənistanın Baş naziri namizədliyinə irəli sürülmüşdü.
Paşinyanı Milli Assambleyanın üç fraksiyası dəstəkləyirdi, lakin onlar hökumət başçısını seçmək üçün kifayət qədər səsə malik deyil. Nəticə etibarilə, qərar, parlamentdə əksəriyyətə sahib olan hakim Respublikaçı Partiyadan asılı idi və Paşinyan səs qazana bilmədi.
2017-ci ilin sonunda keçirilən seçkilərdə partiyasının səslərin 8%-dən azını toplamasına baxmayaraq, nə erməni siyasətçiləri, nə də nümayişçilər Paşinyana alternativ görmürlər. Lakin ölkənin başında onun qalması seçkilərin şəffaf və ədalətli olacağına zəmanət sayılır. Məhz o, erməniləri Baş nazirin istefası ilə nəticələnən etirazlarda iştirak etməyə çağırdıran ilk siyasətçilərin biri idi. Paşinyan özü deyir ki, inqilabda bir üz olmamalıdır.
Nikol Paşinyan kimdir –
Hromadskoye
-nin materialında.
Siyasətə – jurnalistikadan
42 yaşlı Paşinyan erməni siyasətinə jurnalistikadan gəlib. Universitetə 1990-cı ildə, SSRİ-nin devrilməsindən dərhal sonra daxil olub. Tələbə illərindən kəskin daxili siyasi məsələlərə dair məqalələr yazıb, “Aykakan jamanak”, “Oraqir” nəşrlərinin redaktoru olub. Ancaq məzun olmağa bir neçə gün qalmış universitetdən qovulub. Paşinyanın sözlərinə görə – siyasi motivlərlə.
2007-ci il parlament seçkilərində o, prezident Koçaryanın və Baş nazir Sarkisyanın istefasını tələb edən “İmpiçment” blokuna rəhbərlik edirdi. Ancaq blok 1%-dən bir az çox səs yığdı.
Serj Sarkisyanın qailb gəldiyi 2008-ci il prezident seçkilərindən sonra Ermənistanda küçə nümayişləri baş verdi. Orada səkkiz nümayişçi və bir hərbçi həlak, 300-dən çox insan xəstəxanalara müraciət etdi. O dövrdə müxalifətin lideri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan idi. Paşinyan iğtişaşları təşkil etməkdə ittiham olundu və axtarışa verildi.
Siyasətçi bir ildən artıq hakimiyyətdən gizləndi, lakin 2009-cu ildə polisə düşdü. 2010-cu ildə Paşinyan yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum edildi, sonradan müddətini qısaltdılar, bir il sonra isə Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş amnistiya ilə azadlığa buraxıldı. 2012-ci ildə Paşinyan “Erməni Milli Konqresi” müxalifət blokundan parlamentə deputat seçildi.
Paşinyan varlı adam deyil, biznesi yoxdur. Deputat olduğu müddətdən etibarən var-dövləti elan edilmiş və tamamilə ictimaiyətə açıqdır. Nikol Paşinyan evlidir və dörd övladı var. 2000-ci illərdə Paşinyanın radikal müxalifət olduğunu hesab edilirdi. Hal-hazırda, bütün tərəflər, xüsusilə də polis və hökumət, Paşinyan haqda razılıqla danışırlar, hesab edirlər ki, nümayişlərin dinc şəraitdə keçməsi məhz onun sayəsindədir.
Təşkilati dəstəyi olmayan sistem müxalifətçisi
Küçə etirazları zamanı Paşinyan militan ifadələrdən qaçdı və ölkəsində aparteidin devrilməsindən sonra əhalisini birləşdirməyə çalışan Cənubi Afrika lideri Nelson Mandelanı ilham qaynağı hesab edir.
Şiddətli etiraz fəaliyyətindən asılı olmayaraq, Paşinyan həmişə seçicilərin etimadını qazanmağa çalışdı. 2017-ci ilin sentyabr ayında Yerevan meri başçılığı uğrunda yarışdı, lakin o, 21% səs qazandı, tanınmış erməni siyasi xanədanının nümayəndəsi, şəhərin sabiq başçısı Marqaryana uduzdu.
2017-ci ilin aprel ayında keçirilən seçkilərdə “Yelk” müxalifət bloku səslərin 8%-dən bir az az səs yığdı və buna görə parlamentdə 105 yerdən yalnız 9-nu ala bildi. “Yelk” – Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq etmək əvəzinə AB ilə azad ticarət zonası üzrə Sazişlə bağlı danışıqların bərpasına yönələn liberal birlikdir. Keçmiş Baş nazir Serj Sarkisyan müxalifətçilərlə görüşdə bildirmişdi ki, bu qədər səs toplayan partiya xalqın adından danışa bilməz.
Həmçinin qeyd etmək lazımdır ki, ötən ilin parlament seçkiləri zamanı çoxsaylı saxtakarlıqlar müşahidə olunub və hakim Respublikaçılar Partiyasının bir çox üzvləri, ilk növbədə, öz maraqlarını müdafiə edən iş adamlarıdır.
İndi, Ermənistan rəhbərliyi ilə danışıqlar apararkən, Paşinyan əvvəlcə öz partiyasının nümayəndələri və vətəndaş cəmiyyəti liderləri ilə ünsiyyət qurur.
Rusiyaya qarşı yox, lakin Avropa Birliyi üçün “Bu, məxməri inqilabdır, rəngli inqilab deyil” – erməni politoloqları, xüsusilə Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan belə deyir.
Belə ki, onlar Ukrayna Maydanı və Narıncı İnqilabından, ya da Gürcüstanda baş verən Qızılgül inqilabından fərqli olaraq, erməni etirazlarını Kremlin əleyhinə nümayiş olaraq izah etmirlər. Məsələ korrupsiyaya qarşı mübarizədir.
“Paşinyan və onun – kiçik, lakin dinamik olan – partiyası üçün əsas məsələ korrupsiyaya qarşı mübarizədir. İqtisadiyyatın oliqarx elitasına qarşı mübarizə”, – Qriqoryan deyib. Əsas olaraq qanunun aliliyi və sosial ədalət Yelk Partiyası üçün AB ilə əməkdaşlığın faydalarıdır.
BBC ilə söhbətində Paşinyan bildirib ki, Ermənistan-Rusiya münasibətləri təhlükə altında deyil və “əgər nə isə dəyişəcəksə, bu, yalnız müsbət istiqamətdə olacaq”. Ümumi olaraq Rusiyada 2,5 milyon erməni yaşayır, respublika əhalisi isə 3 milyon nəfərdir. Eyni zamanda, müxalifət lideri Avropa Birliyi, ABŞ, İran, Gürcüstan və “ümumiyyətlə, bütün tərəfdaşlar” ilə əlaqələri genişləndirmək niyyətində olduğunu qeyd edib.
2015-ci ildə Paşinyan energetika sektorunda rus monopoliyalarına qarşı “ElektroYerevan” hərəkatının təşəbbüskarı olmaqla yanaşı, siyasətdə uzun illərdir ki, Moskvaya qarşı heç vaxt mənfi danışmayıb. Son etiraz aksiyalarında anti-Rusiya ritorikasəndan istifadə olunmayıb, Paşinyanın sözlərinə görə, bu, ölkənin daxili üçün baş verən bir inqilabdır. Lakin müxalifətçinin dairəsində olan bir mənbə “Qromadskoye”yə Paşinyanın planının əvvəlcə ölkədə hakimiyyəti dəyişirdirmək və yalnız sonra Rusiyanın təsirindən azad olunmaq olduğunu deyib.
Sirr deyil ki, erməniləri Kremlin sərt tənqidinin Moskvanın inqilabı boğmaq istəyəcəyi, hətta (beynəlxaq qanunlara əsasən Azərbaycan torpağı sayılan və ermənilərin də yaşadığı) Dağlıq Qarabağdakı hərbi münaqişədə qonşu Azərbaycanı dəstəkləməsi üçün əsas ola biləcəyi qorxudur. Dağlıq Qarabağla bağlı olaraq, Paşinyan “DQR” nümayəndələrini qondarma respublika ilə bağlı bütün danışıqlara cəlb etməkdə təkid edir.