Ermənistanda Gümrü merinin homofob bəyanatı ilə bağlı məhkəmə prosesi başlanmasından imtina edilib

Vardan Qukasyan – Foto: OC Media

Baş Prokurorluq belə qənaətə gəlib ki, Qukasyanın bəyanatında Ermənistanın Cinayət Məcəlləsinə əsasən “cinayət tərkibi” yoxdur

Ermənistan hakimiyyəti Gümrünün yeni seçilmiş meri Vardan Qukasyanın homofob bəyanatı ilə bağlı məhkəmə prosesini başlatmaqdan imtina edib.

“Əgər erməni kilsəsi nə vaxtsa Avropadakı kimi homoseksuallarla evlənməyə icazə versə, mən bunu yüksək səslə deyirəm, o zaman kilsədə həmin keşişi güllələyəcəm”, – Qukasyan martın 31-də keçirdiyi mətbuat konfransında deyib. O, daha sonra əllərini qaldıraraq, bu hadisəni edəndən sonra “məni aparın, məhkəməyə verin” deyərək, təslim olacağını əlavə edib.

OC Media yazır ki, bəyanat Ermənistanda homoseksuallara dəstək verən “Sağ Tərəf” qeyri-hökumət təşkilatı tərəfindən “qəti” şəkildə pislənilib və təşkilat aprelin 2-də yaydığı bəyanatda “dərin narahatlıq” ifadə edilib.

Onlar həmçinin Qukasyanın “nifrət nitqindən istifadə etməsinə” cavab olaraq rəsmi qurumları hüquqi tədbir görülməsinə çağırdıqlarını və Baş Prokurorluğa rəsmi şikayət təqdim etdiklərini qeyd ediblər. Vətəndaş hüquqları qrupu daha sonra bəyan edib ki, onlar, Ermənistanın İnsan Hüquqları Müdafiəçisinə rəsmi məktub göndərərək, bu təhlükəli bəyanatlara aydın cavab və ictimai qınaq tələb ediblər.

“Azadlıq” radiosu xəbər verir ki, digər hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyası-Vanadzorun rəhbəri Artur Sakunts da Qukasyanın həmin brifinqdə verdiyi açıqlamalarla bağlı şikayət edib.

Şikayətlərə baxmayaraq, Baş Prokurorluq belə qənaətə gəlib ki, Qukasyanın bəyanatında Ermənistanın Cinayət Məcəlləsinə əsasən “cinayət tərkibi” yoxdur.

“Azadlıq” radiosu yazır ki, prokurorluq bildirib ki, təhdidin həyata keçirilməsinin real təhlükəsi yoxdur, çünki bu, qeyri-müəyyən və mücərrəd ifadə hesab olunur.

Bu bəyanat martın 30-da Ermənistanın ikinci böyük şəhəri Gümrüdə Şəhər Şurasına növbədənkənar seçkilərin keçirilməsindən bir gün sonra verilib. Qukasyan səslərin əksəriyyətini qazana bilməyib, lakin o, digər müxalifət fraksiyalarının səsini alıb və aprelin 16-da Şəhər Şurasının ilk iclasında mer təyin edilib.

Həm kampaniya zamanı, həm də seçkidən sonrakı dövrdə Qukasyan bir neçə homofobik bəyanatlar verib və bu bəyanatlar “Sağ tərəf” qeyri-hökumət təşkilatı tərəfindən pislənib.

“Qukasyanın LGBTQİ icmasını davamlı olaraq hədəfə alması, cinsi və gender müxtəlifliyinə dözümsüzlüyü və onun “qadınlar qısa ətək geyindikdə kişiləri şirnikləndirir, kişilər isə şirnikləndiricilərə müqavimət göstərə bilməz” kimi mizoginist ritorikası təkcə ayrı-seçkilik və alçaldıcı deyil, həm də dərin nifrət və alçaldıcı xarakter daşıyır, cəmiyyətdə parçalanmalar yaradır”, – bəyanatda deyilir.

Qrup xüsusilə ayrı-seçkilik, gender bərabərsizliyi və “marginallaşmış icmalara qarşı nifrət kimi problemlərin aktual insan hüquqları problemləri və ictimai təhlükəsizliyə və sosial birliyə real təhdidlər” olaraq qaldığı bir ölkədə bu cür qeydlərin “qəbuledilməz” olduğunu vurğulayıb.

Vətəndaş hüquqları qrupu artıq Baş Prokurorun qərarından apellyasiya şikayəti verib və qrupun rəhbəri Lilit Martirosyan Ermənistanda ədalətə nail ola bilməyəcəkləri təqdirdə işi Avropa İnsan Haqları Məhkəməsinə verəcəyini vəd edib.

Qukasyan 1999-2012-ci illərdə Gümrü şəhərinin meri olub və keçmiş hakim Respublika Partiyasının (2006-2017) üzvü olub, bu müddət ərzində şəhərdə onun və ya ailə üzvlərinin iştirakı ilə cinayətlərin sayı artıb.

2017-2019-cu illərdə o, “Çiçəklənən Ermənistan” partiyasını təmsil edən deputat, Gümrü seçkilərində isə Kommunist Partiyasının namizədi olub.

Ana səhifəDünyaErmənistanda Gümrü merinin homofob bəyanatı ilə bağlı məhkəmə prosesi başlanmasından imtina edilib