“
G
ü
rc
ü
standa erm
ə
ni kils
ə
sin
ə
pulsuz qaz verm
ə
k dini d
ö
z
ü
mün olduğunu deyil
, milli t
əə
ss
ü
bke
ş
liyin olmad
ığı
n
ı
g
ö
st
ə
rir
”
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin ANS televiziyasının “Hesabat” həftəlik proqramına müsahibəsi ReAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirlinin etirazı ilə qarşılanıb.
Şirkət prezidentinin “ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında Azərbaycanda bütün dini məbədlərə (müsəlman, xristian, yəhudi) qaz pulsuz verilir. R. Abdullayevin söylədiyi doğrudursa, burada ciddi hüquqi uyğunsuzluq var. Belə güzəştləri prezident verə bilməz. Belə güzəştlər ancaq qanunla verilə bilər. İşin siyasi və iqtisadi tərəfinə gəlincə, belə güzəştlər ümumiyyətlə verilməməlidir”,-deyə hüquqşünas öz Facebook səhifəsində bildirib.
Qədirli Azərbaycanın Gürcüstandakı erməni kilsəsinə pulsuz qaz verməsini isə tamamilə qanunsuz hesab edir: “Başqa ölkədə niyə biz dini məbədlərə qazımızı pulsuz verməliyik? Üstəlik, erməni kilsəsinə! erməni kilsəsi deyildimi, Anadolu və Azərbaycan türklərinə qarşı çeşidli siyasətlər yürüdən – pul yığmaqdan tutmuş, silah paylamağa qədər hər cür işlərə girişən? Erməni Kilsəsi deyilmi, Orta Çağlardan bu yana ermənilərin, pərdəarxası olsa da, əsas diplomatik kanalı olan? Orta Doğuda casus şəbəkəsini işlətmək üçün Orta Çağlarda Vatikanın, çağdaş zamanda isə daha çox Moskvanın xidmətinlərinə yarayan erməni kilsəsi deyilmi? Qarabağ münaqişəsində erməni kilsəsinin təşkilati və təbliğati çalışmaları nə tez unuduldu? Erməni kilsəsinin bircə dəfə də olsa, üzr istədiyi oldumu? Niyə Dövlət Neft Şirkətimiz Gürcüstandakı erməni kilsəsinin məbədlərinə pulsuz qaz verməlidir? Borçalıdakı soydaşlarımızın xeylisi kəndlərdə hələ də qazsızdır, bizimkilərsə düşmənimizə pulsuz qaz verir”.
Hüquqşünas bildirib ki, kilsə ermənilərin yeganə işlək varolma formasıdır. Ermənilər dövlətsiz yaşaya bilir. Ermənistanın durumuna baxılırsa, onlara heç dövlət də gərək deyil. Amma ermənilər kilsəsiz yaşaya bilməz. Tarixləri belə gətirib. Bizə qarşı düşmənçiliyi oyadan və yayan da erməni kilsəsi olub. Gürcüstanda erməni kilsəsinə pulsuz qaz vermək dini dözümün olduğunu deyil, milli təəssübkeşliyin olmadığını göstərir”.