Erkin Qədirli: ”Vəziyyət çoxdan dalana dirənib” (VİDEO)




Əlimizdə olan resursları boşuna sərf etmək istəmirik”

Kapitalizmin mərhələlərini



keçən hər bir ölkə maliyyə-iqtisadi böhran illərində qanunların işləməsinə önəm verir və bunun vasitəsilə islahatlara dəstək olurlar. Əks təqdirdə, böhran əlavə problemlər doğurur. ReAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli ilə söhbətimizdə mövcud vəziyyətdə qanunların işlək durumunu və təmsil olunduğu hərəkatın gələcək planlarını əsas mövzuya çevirməyə çalışdıq.



– Erkin b


əy, hökumət etiraf etməsə də, böhran vətəndaşların məişətində, bankların, şirkətlərin fəaliyyətində özünü göstərir. Amma hökumət diqqəti daha çox iqtisadiyyata, sosial həyata yönəldib, nəinki qanunların işləməsinə.


Bu baxımdan böhran vəziyyətidəqanunlar necə işləməlidir?

– Əvvəla, indiki böhranın səbəbləri iqtisadiyyatdan daha öncə yaranmış səbəblərdədir. Ümumi şəkildə ifadə etsək, siyasi sistemdir. Qanunlar da siyasi sistemin tərkibidir. İllərdir sistemin yararsız, inkişafa əngəl və sahibkarlar üçün əlavə xərclər yaratdığını deyirdik. Çünki hər bir addının öz xərcləri var və Azərbaycanda bu xərclər həmişə yüksək olub. Götürək, bankları, onların fəaliyyətini nizamlayan qanunlar olsa da, praktikada qanunların işləməsi üçün xeyli problemlər yaradılır. Məsələn, sahibkarla bank arasındakı kredit münasibətlərində. Vətəndaşlar məişət kreditləri götürür, bu başqadır. Əsas sahibkarların götürdüyü gəlirə yönəlik kreditlərdə məlum problemlərdir ki, bunu hamı bilir. Bank sahibkara kredit vermək üçün əvvəlcə onun fəaliyyətini yoxlayır, gəlirlərini, xərclərini, vergilərini tam öyrəndikdən sonra kredit barədə qərar verir. Təbii ki, sahibkarın banka təqdim etdiyi rəsmi sənədlərdə bütün göstəricilər dəfələrlə azaldılıb, yəni verdiyi rüşvətlər, yaxud yayındığı vergilər göstərilmir. Ona görə bütün banklar sahibkarlardan “qara dəftəri” istəyirlər ki, əlavə xərclər orda olur. Bank mütəxəssisləri bunu alandan sonra sahibkarın dövriyyəsini bilirlər. Bax, onda banklar sahibkarın istədiyi pulu qaytara biləcəyindən arxayın olur. Banklar bu qaydayla kreditlər veriblər, indi isə devalvasiya, ardınca struktur problemləri, neftin ucuzlaşması və siyasi sistemin yararsızlığı baş verib. Deməli, bu vəziyyətdə sahibkar krediti qaytara bilmir, bank da ondan bunu tələb etmir, çünki “qara dəftərə” görə verib.



– O zaman problem necə həll olunmalıdır?

– Problem sıfırlanmalıdır, yəni siyasi sistem dəyişməlidir. Tamamilə yararsız bir sistemdir, gömrüyü də, vergisi də elə qurulub ki, qanunla işləmək mümkünsüzdür.



– Gələk, vətəndaşların götürdüyü kreditə, onlar nə etsin?

– Onların krediti məişət krediti olduğu üçün bir az başqa kateqoriyaya aiddir. Amma vətəndaşlar da kredit götürərkən öz hesablamalarını aparmışdılar, söhbət devalvasiyadan əvvəl və sonrakı dövrlərə aiddir. Xüsusilə devalvasiyadan əvvəlki dövrü götürsək, vətəndaşların xeylisi birbaşa və dolayısı yolla dövlətdən pul alanlardır. Burda qeyri-rəsmi ödənişlər də var, zərfi nəzərdə tuturam. Bütün banklar da bilir ki, filankəs tutduğu vəzifəyə görə rəsmi maaşdan əlavə zərf də alır, buna görə də ona kredit veriblər. Beləliklə, bank verdiyi qərarın girovuna çevrilib, çünki rəsmən o əsasnaməyə istinad edib tələb etmir, vətəndaş da əvvəlki kimi zərf ala bilmədiyindən pulu qaytarmaq imkanından məhrumdur. Onlar hər ikisi də məhkəmə müstəvisinə çıxsalar bu arqumenti dilə gətirə bilməyəcəklər, səbəb qanunsuz olduğundan həmin pulun miqdarı heç yerdə göstərilməyib. Müftə neft gəlirləri qanunsuz bölüşdürüldüyü zamanhəmin pulun az hissəsi zərf şəklində verilirdi, indi neft ucuzlaşdığından artıq yoxdur.



– Bir gün əvvəl baş bankir Elman Rüstəmovun açıqlamasından anlaşıldı ki, dövlət banklara, əhaliyə kömək etməyəcək, belə olanda vəziyyət dalana dirənmirmi?

– Vəziyyət çoxdan dalana dirənib. Sadəcə, bu gün həmin dalana dirənməyi hər kəs öz cibində hiss edir. Uzun müddət deyirdik ki, siyasi sistem və onun qəbul etdiyi qərarların xeylisinin icrasız qalması dövlət və cəmiyyət üçün əlavə xərclər yaradır. Görün vəziyyət nə yerdədirsə, prezident imzaladığı fərmanı 10 gün sonra ləğv edir.



– Amma 26 yanvar konfransında prezident onu da dedi ki, dünya Azərbaycandan nümunə götürməlidir…

– Onu şərh edə bilməyəcəm, çünki bu, çox anektodik bir şeydir. Nəyi örnək götürəcək? O baxımdan ki, ölkənin idarə olunmamasının örnəyini? Mənfi örnək kimi götürülə bilər, o mənada ki, yanlışları təkrar etməsinlər. Azərbaycandan müsbət örnək götürmək çox çətindir.



– Siz problemin sistemdə olduğunu dediniz, belə olduğu təqdirdə qanunları necə işlətmək olar?

– Qanunlar vasitəsilə mümkün deyil. Bizdə qanunların çoxu mətnə görə yaxşıdır, amma konteks yanlışdır. Qanunun işləməsi üçün arxasında siyasi iradə olmalıdır. Siyasi iradə yoxdursa, qanun boş kağız kimi yerində qalacaq. Yaxud prezidentin sevimli “kağız parçası” ifadəsini də işlədə bilərik. Siyasi iradənin formalaşması isə dalana dirənib, çünki hazırki siyasi sistem müftə neft gəlirləri hesabına ayaqda dayanıb, bu gün gəlirlər kəskin azalıdığından sistemi idarə etmək olmur.



– Son cümlə baxımından sualım belədir; prezident 18 yanvar müşavirəsində demişdi ki, hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır. Azərbaycan dövləti 2006-2013-cü illərdə,yəni neftin qiymətinin yüksək olduğu illərdə, ayağını yorğanına görə uzatmışdımı?

– Danmaq olmaz ki, bahalı neft dönəmində yaxşı işlər görüldü. Neft pulu olmasaydı, infrastruktur layihələri olmazdı. Amma qaçırılmış fürsətlər daha çox oldu. Buna görə ölkə kimi xeyli fayda itirdik. Əldə edə biləcəyimiz gəlirlər artıq yoxdur. Əgər bahalı neft dönəmində struktur və hüquqi islahatlara gedilsəydi, fərqli mənzərə olardı. Xüsusilə korrupsiya və iqtisadi azadlıqların olmamasını əlavə etmək lazımdır. Bu iki amil ölkənin inkişafı üçün ciddi problem yaratdı. Dövlət siyasi məqsədləri üçün bütün institutları öz inhisarına aldı, faktiki olaraq cəmiyyəti özündən asılı etdi. İndi ziyanınıçəkir, çünki maliyyə imkanı yoxdur.



– Amma hökumət etiraf etmir…

– Ona görə ki, illərlə dedikləri sözlərin, ritorikanın girovuna çevriliblər. Bu mənada etiraf etməmələri anlaşılandır.



– Bütün hallarda nə etmək lazımdır ki, ölkə vəziyyətdən çıxsın?

– Yalnız siyasi islahatlar aparılmalıdır, bu, olmasa heç nə alınmayacaq. Kurs dəyişikliyi, əlavə borclanma, hansısa xərclərin azaldırması, bunlarla problemlər həll olunmaz. Çünki sistem dalana dirənib, qərar qəbul etmək, icrası, müzakirə aparmaq yoxdur.



– Hökumətin davranışlarında hansısa addımların atılacağı görünürmü?

– Hər halda gerçəkliklə əlaqələrini tam itirməyiblərsə, getməlidirlər. Bir daha təkrar edirəm, sistem o hala gəlib ki, 10 gün, 1 ay əvvəl qəbul etdiyi qərarı ləğv edir.



– Söhbətin yönünü dəyişək, son 1-2 ayda böhranla bağlı ReAL üzvləri daha çox danışır, suallar da həmkarlarınıza olur. İkinci, hərəkatın da lideri İlqar Məmmədov həbsdədir, bu mənada ReAL partiyaya çevrilmək barədə düşünürmü?

– Partiyaya çevrilmək barədə çoxdan düşünürük və sənədlərimiz də hazırdır. Söhbət nizamnamə layihəsindən, siyasi proqramdan gedir. 3 il əvvəl bunlar hazır idi, sadəcə, İlqar Məmmədovun həbsi bizi geri atdı, ardınca da Rəsul Cəfərovun həbsi. Bütün bunlar bizə təsir etdi və bacardığımızın heç onda birini edə bilmirik, sadəcə, risklərimizi idarə etməyə çalışırıq. Amma partiyaya çevrilməklə bağlı strateji qərarımız var və işlərimizi bunun əsasında görürük. Təbii ki, işlər sürətlə getməsə də, gedir.



– Bu məsələnin üzərinə ona görə gəldim ki, gündəmdə ReAL-çılardır, lideriniz həbsdədir, bu mənada virtualdan, məktəb səviyyəsindən çıxmaq vaxtı deyilmi?

– Bu barədə çoxdan danışmışdıq, virtual-real bölgüsü çox xəyali bir şey. Əgər sosial şəbəkə olmasaydı, media da ayaqda qala bilməzdi. Facebook, internet çox böyük gücdür. Hökumət orda alternativ məna yarada bilmədi, yeganə əlacı onu tamam kəsməkdir ki, o da başqa problem doğura bilərdi. Virtual-real bölgüsü bu mənada faydalı deyil. Ona qalsa Azərbaycan haqqında gerçək xəbələri Facebookdan öyrənirik.



– Mən bölgü aparmıram, məsələn, parlament seçkilərində ReAL 125 dairədən 25-də yoxidi. 17-də namizəd irəli sürdü. Bu, zəifliyin göstəricisi deyilmi?

– Əksinə, bu, ehtiyatın göstəricisidir.



– Nədən ehtiyat edirdiniz?

– Birinci, biz layiqli və iddialı adamların olmasını istəyirdik. Daha çox namizədin olmasında maraqlıydıq, amma onların da şəxsi planları var.



– O cümlədən, siz də geri çəkildiniz…

– Mənim geri çəkilməmin səbəbləri çox şəxsidir, ReAL-ın planlarıyla əlaqəsi yoxdur, izahını elə həmin ərəfədə vermişdim. Odur ki, partiya quruculuğu seçkiylə birbaşa əlaqəli olmasa da, paralel kimi gedə bilərdi. Sadəcə, partiya quruculuğunu əngəlləyən obyektiv problemlər var ki, əlavə risklər yaradır və biz bunları ehtiyatla hesablamağa çalışırıq.



– Yəni ReAL-da hökumətimiz kimi böhrana yanaşmasında gecikmir, zaman itirmir…?

– Yox, o mənada itiririk ki, ağlımızda tutduğumuz zaman cədvəldən geri qalmışıq. Biz çoxdan partiya olmalıydıq, amma bu qədər potensialla olmadıq. Amma yavaşlamanın da səbəbi özümüzdədir, çünki qərar verdik ki, tələsən yerimiz yoxdur, bir az işlərimizi ehtiyatla quraq.



– Ehtiyatınız nədəndir?

– Resurs baxımından ehtiyatlanırıq. Əlimizdə olan resursları boşuna sərf etmək istəmirik, həm də kollektiv ağıl üzərində, yeni nəsilə yönəlik və məsuliyyətli partiya qurmaq iddiasındayıq. Siz məktəb dediniz, bunun partiya quruculuğu ilə bir əlaqəsi yoxdur. Prinsipcə, məktəb mühazirəçilərinin böyük hissəsinin ReAL-a da aidiyyatı yoxdur. Amma ReAL-ın çətiri altında olduğundan ünsiyyəti artırır.



– Amma ReAl-ı təbliğ edir də…

– Təbii. Amma biz danışa-danışa öyrənirik, öyrənə-öyrənə qururuq. Bunun özü bir təcrübədir.



– İlqar Məmmədov həbsdən çıxsa, partiya məsələsi həll olunacaqmı?

– Yox, bir dəqiqə, bu, bir adama bağlı deyil.



– Ancaq siz əngəlin onun həbsiylə bağlı olduğunu dediniz…

– Demək istəyirəm ki, İlqar Məmmədov həbsdə ola-ola bizim bir çox işlərimiz, resurslarımız dağıldı. Məhkəmə Şəki rayonunda keçirildiyindən bir il hər həftə ora gedirdik, bunun maliyyə xərcləri, yeməyi, paltarı, vəkili, əlavə emosional enerji və s. Bunlar hamısı resursdur, çox vaxtımızı aldı və humanitar problemlər var. İlqar bəyin həbsdən çıxacağı halda proseslər sürətlənəcək. Amma mən konkret tarix deyə bilməyəcəm. Çünki onun nə zaman həbsdən çıxacağını da bilmirik. Bütün hallarda İlqar Məmmədovun həbsdən çıxıb-çıxmayacağını da təməl şərt kimi görmürük. Fəaliyyətimiz var, sadəcə, İlqar bəy həbsdə ola-ola işimizi görürük.

Ana səhifəVideoErkin Qədirli: ”Vəziyyət çoxdan dalana dirənib” (VİDEO)