Ərini öldürməkdə təqsirləndirilən qadının şikayəti təmin olunmadı

Öldürülən Füzuli İsgəndərov keçmiş nazirin xalası oğludur

Source:


Öldürülən Füzuli İsgəndərov keçmiş nazirin xalası oğludur

Dekabrın 26-da Ali Məhkəmədə qətldə təqsirləndirilən Xalidə İsgəndərova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

İclasda qərar elan edilib. Qərara görə, X.İsgəndərovanın və zərərçəkmiş tərəfin şikatəti təmin edilməyib.

X.İsgəndərova barəsində bəraət hökmünün çıxarılmasını, qarşı tərəf isə cəzanın ağırlaşdırılmasını istəmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsgəndərova 18 il müddətində azadlıqdan məhrum

edilib.

Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.

Qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Ana səhifəXəbərlərƏrini öldürməkdə təqsirləndirilən qadının şikayəti təmin olunmadı