Ölkədə QHT-lərin qeydiyyata alınmaması ilə bağlı keçirilən tədbirdə çıxış edən politoloq Ərəstun Oruclu, vətəndaş cəmiyyəti institutlarını qeyri-səmimilikdə, beynəlxalq təşkilatları isə simalarını itirməkdə qınayıb.
Aprelin 16-da Marriott Abşeron Hotel Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin tədbirinin keçirilməsinə az qalmış imtina cavabı veriblər. Bu hadisə, QHT sektorunda etirazla qarşılanıb. Çünkü vətəndaş cəmiyyəti nümayəndələri ilk dəfə deyildi ki, bu cür arzuolunmaz durumla qarşılaşırlar. RATİ-də Demokratik Təşəbbüslər İnstitutu Ədliyyə Nazirliyini məhkəməyə verməsi ilə bağlı keçirilən tədbirdə politoloq Ərəstun Oruclunun çıxışı maraqla qarşılanıb. O, yerli və xarici QHT-ləri cəmiyyəti aldatmaqda ittiham edərək onların vətəndaşlarla işləməsini daha məqsədəuyğun hesab edib.