”Ərəblərin ovladığı heyvanlar sırasında ”Qırmızı Kitab”ına düşən növlər yoxdur”

”Ərəb ölkələrindən gələn 16 ovçu-turist ov qanunlarını pozduqlarına görə cərimələnib”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə

”Ərəb ölkələrindən gələn 16 ovçu-turist ov qanunlarını pozduqlarına görə cərimələnib”

Son bir neçə gündür sosial şəbəkələrdə ərəb turistlərinin Azərbaycan bölgələrində ovçuluqlarını əks etdirən fotolar paylaşılır. Bu şəkillərdə onların çoxlu çöl quşu ovlamaqla Azərbaycan faunasına hansı ciddi ziyan vurduğu təsdiqlənir.

APA xəbər verir ki, fotolar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarında təhlil edilib.

Ancaq nazirliyin mətbuat xidməti yayılan şəkillərin və görüntülərin  bir qisminin digər ölkələrdə lentə alındığını bildirib:

“Çəkilişlərdə Azərbaycan ərazilərindən də olan görüntülər əks olunub. Payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır. Nazirlik isə mahiyyət etibarilə ovçuluq fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarıdır, lakin Azərbaycan qanunlarından irəli gələrək, istər yerli, istərsə də xarici ovçular öz hüquqlarından istifadə etməkdə israrlıdır. Beynəlxalq öhdəliklərdən, ölkəmizin qoşulduğu Konvensiyalardan irəli gələrək, Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli Qərarı ilə əcnəbilərə və vətəndaşlığı olmayanlara ov icazəsi verilməsi təsbit olunub”.

Nazirlik iddia edir ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur. Mövcud normativlərə  əsasən, yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara 5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun, dovşanın isə yerli ovçulara 1 baş, xarici ovçulara 2 baş ovuna icazə verilir. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır. Yəni ilkin təhlillərə görə, inzibati  ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur.

foto sosial şəbəkə
foto sosial şəbəkə

Eyni zamanda turizm şirkətlərinə xəbərdarlıq olunduğu bildirilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsın, onları ölkədə təvazökar, dürüst olmağa, özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparmağa sövq etsinlər. Ovçuluq etikasına uyğun gəlməyən, davranışları ilə mənəvi-mədəni dəyərlərimizə açıq hörmətsizlik nümayiş etdirən, ölkə qanunlarını pozan ovçu-turistlərin gətirilməsi faktları aşkar olunduğu təqdirdə həmin şirkətlərlə əməkdaşlıq dayandırılacaq:

“Təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib, nazirliyin təqdimatı əsasında onların ölkədən xaric edilməsi təmin olunub. Vətəndaşlardan, konkret faktlarla bağlı məlumat olduqda, 168 nömrəli “Qaynar xətt”ə müraciət etmələrini xahiş edirik”.

Ana səhifəXəbərlər”Ərəblərin ovladığı heyvanlar sırasında ”Qırmızı Kitab”ına düşən növlər yoxdur”