Ərdoğanın Gəncə səfəri təxirə düşdü

Prezidentin Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırılırdı

Source:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan


Prezidentin Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırılırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Gəncəyə sabaha planlaşdırılan səfəri təxirə düşüb. Türkiyənin Azərbaycandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, buna səbəb havanın dumanlı olmasıdır. “Türkiyə prezidentinin təyyarəsi sabah Gəncəyə deyil, birbaşa Bakıya gələcək. Havanın dumanlı olması ilə əlaqədar, Gəncədə planlaşdırılan görüş də çox güman ki, Bakıda keçiriləcək”, – deyə səfirlikdən bildirdilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfər edəcək. Onun Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırılırdı.

İclas çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafı və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqların baş tutacağı, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələrin müzakirə olunacağı gözlənilirdi. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Azərbaycana Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin gələcəyi gözlənilir.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il iyunun 12-də səfər edib.

Ana səhifəXəbərlərƏrdoğanın Gəncə səfəri təxirə düşdü