Ərdoğan Şuşaya səfər edəcək

Dövlət başçısı işğaldan azad olunan Dağlıq Qarabağ bölgəsində 67 məsciddən 63-nün dağıdıldığını bildirib

Source: Specify Source


O, səfərin Ramazan bayramından sonra baş tutacağını deyib

Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan Ramazan bayramından sonra Şuşa şəhərinə gedəcəyini

bildirib

.

Bu barədə Türkiyə dövlət başçısı Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

"İstəyirik ki, ən qısa zamanda – Ramazan bayramından sonra Şuşanı ziyarət edib yeni bir bayram yaşayaq", – Ərdoğan belə deyib.

Dövlət başçısı işğaldan azad olunan Dağlıq Qarabağ bölgəsində 67 məsciddən 63-nün dağıdıldığını bildirib: "Kilsələr də tar-mar edilib".

O, 1918-c il haidələrinə toxunaraq deyib ki, bu gün azərbaycanlıların qətliama məruz qaldığı gündür: "Biz heç zaman Xocalı qətliamını kənara qoymayacağıq. Qarabağda türk mirasının qorunması üçün Azərbaycanın yanında olmağımız önəmlidir".

1992-ci ildə işğal edilən Şuşa şəhəri 2020-ci ilin 8 noyabrında azad olunub.

Ana səhifəSiyasətƏrdoğan Şuşaya səfər edəcək