Ərdoğan: Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik

“İyunun 16-da Bakıda hərçilərimizlə görüşəcəyik”.

Source: Specify Source


Türkiyə prezidenti Azərbaycana gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gedəcək.

Bu barədə Türkiyə dövlət başçısı iyunun 9-da Ədalət və İnkişaf Partiyasının parlament qrup toplantısında

danışıb

.

O bildirib ki, Brüsseldəki proqramı başa çatandan sonra Bakıda İlham Əliyevin qonağı olacaq:

"Oradan Şuşaya gedəcəyik. İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük. İyunun 16-da Bakıda hərbçilərimizlə görüşəcəyik”.

1992-ci ildə işğal olunan Şuşa şəhəri ötən ilin noyabrın 8-də işğaldan azad edilib.

Bu il mayın 7-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan

olunub

.

Ana səhifəSiyasətƏrdoğan: Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik