“Niyə “YouTube”, “Twitter” və “Netflix” kimi sosial medialara qarşıyıq, indi başa düşürsünüz?”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət rəhbərlərinin toplantısına video konfransla qatılan Prezident Rəcəb Tayyib Ərdoğan qızı Ersa Albayrağa “Twitter” üzərindən gələn rəyləyə cavab olaraq sosial medianın ləğv edilməli olduğunu qeyd edib, -“BBC Türkçə” xəbər verir.
“Bu millətə, bu ölkəyə bu cür macəralar yaraşmır. Ona görə də ən tez zamanda biz bunları parlamentə gətirib sosial medianın tamamilə aradan qaldırılmasını istəyirik”,- Ərdoğan deyib.
Ərdoğanın çıxışı qızı Esra Albayrak və kürəkəni Maliyyə naziri Berat Albayrağın yeni dünyaya gəlmiş körpəsinə sosial mediadan gələn reaksiyalardan sonraya təsadüf edir.
“Keçən gecə səkkizinci nəvəm Hamza Salih dünyaya gəldi. Berat bəy övladının doğumunun sevincini sosial media yoluyla ictimaiyyətlə paylaşdı. Bu mesajın altına on minlərlə insan təbrik göndərdi. Ancaq sayı az da olsa insanlıqdan nəsibini almamış qəlbi qaralmış bəzi alçaqlar içlərindəki pisliyi nümayiş etdirən təhqirlərlə bu gözəl mühiti çirkləndirməyə çalışdı. Məhkəmə və hüquq-mühafizə orqanlarımız dərhal hərəkətə keçdi. Bir uşaq üzərindən ailələsinə və təmsil etdikləri dəyərlərə hücum edən o kəsləri rahat qoymayacağıq. Onların hər birindən etdikləri cinayətə görə hesab soracağıq”, – Ərdoğan deyib.
Çərşənbə axşamı eyni hadisədə adı hallanan bir şübhəli Mersində həbs edilib, – “Demirören” xəbər agentliyi bildirib.
Ərdoğan bu şərhlərin səbəbinin sosial mediadan istifadə olduğunu və bu platformaların “tamamilə aradan qaldırılması” üçün sürətli addım atılacağını deyib:
“Oxşar hücumları fərqli yollarla öncələr də yaşadıq. Bu tip əxlaqsızlıqların artmasında bu platformaların nəzarətsiz qalmasının rolu var. Niyə “YouTube”, “Twitter” və “Netflix” kimi sosial medialara qarşıyıq, indi başa düşürsünüz? Bu əxlaqsızlıqları ortadan qaldırmaq üçün. Bu millətin adına yaraşmayan belə hadisələri yaşamaq, görmək istəmirik”.