Moskvayla münasibətlər gücləndikcə, Türkiyənin Vaşinqton və Avropa İttifaqı ilə əlaqələri zəifləyir
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan aprelin 8-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Ərdoğanın Moskva səyahəti Vaşinqton və Ankara arasında Türkiyənin Suriyadakı hərbi planları, Rusiyanın raket sistemini satın alması ilə bağlı artan mübahisələrdən bir neçə gün sonraya təsadüf edir.
Türkiyə NATO-nun üzvüdür və Rusiya ilə münasibətləri tarixən gərgin olub.
Ancaq Moskva və Ankara soyuq müharibənin sonlarından bəri güclü iqtisadi əlaqələr qurublar. Moskvayla münasibətlər gücləndikcə, Türkiyənin Vaşinqton və Avropa İttifaqı ilə əlaqələri zəifləyir.
ABŞ və digər NATO ölkələri Türkiyə NATO silah sisteminə uyğun olmayan Rusiyanın S-400 hava müdafiə sistemini alacağı üçün narahatdırlar. Qərb dövlətlərinin fikrincə, Rusiya istehsalı olan S-400 raket sistemi ABŞ istehsalı olan F-35 döyüş təyyarələrinə təhdiddir.
Vaşinqton Ankaradan Rusiya ilə razılaşmanı dayandırmağı tələb edib və bu müddət ərzingə Türkiyənin F-35 proqramına qoşulmasını dayandırıb.
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens (Mike Pence) aprelin 3-də deyib:
“Türkiyə NATO-da kritik tərəfdaş olaraq qalması" ilə bağlı seçim etməlidir, yoxsa ittifaqımıza zərbə vuran belə düşünülməmiş qərarlar qəbul edərək bu tərəfdaşlığın təhlükəsizliyini təhlükə altına alır".
ABŞ Dövlət Departamenti ötən həftə bildirib ki, Ankaranın Rusiya ilə ittifaqı davam edərsə, ABŞ-ın sanksiyaları ilə üzləşəcək.
NATO-nun 70 illik yubileyi münasibətilə Vaşinqtonda olan Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu aprelin 4-də ictimai televiziyada bildirib ki, Vaşinqtonun Türkiyəyə silah satmaqdan imtina etməsi qəbuledilməzdir. Çavuşoğlu həmçinin qeyd edib ki, Vaşinqton Ankaranı başqa bir ölkədən müdafiə sistemi almaması ilə bağlı təkid etməməlidir.
Çavuşoğlu qeyd edib ki, "S-400 müqaviləsi artıq bitmiş məsələdir" və Ankara bu qərardan geri addım atmayacaq. Nazir təklif edib ki, münaqişənin həlli üçün Pentaqon və Ankara arasın işçi qrupu yaradılmalıdır.
Lakin Pentaqon bu təklifi rədd edərək deyir ki, bu mərhələdə texniki işçi qrupu vacib deyil.
ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ dövlət katibi Mayk Pompeon keçən həftə Çavuşoğluna xəbərdarlıq edib və deyib ki, Türkiyə Suriyadakı ABŞ tərəfindən dəstəklənən kürd qüvvələrinə hücum edərsə, "potensial dağıdıcı nəticələrlə" qarşılaşa bilər.
ABŞ və Türkiyə Suriyada səkkiz ildir davam edən vətəndaş müharibəsində fərqli hökumət əleyhinə qüvvələri dəstəkləyirlər.
ABŞ ordusu İslam Dövləti (IS) ekstremistlərinə qarşı döyüşlərdə ölkənin şimalında yerləşən suriyalı kürd döyüşçülərini dəstəkləyir. Ankara isə kürdləri Türkiyədə fəaliyyət göstərən kürd separatçılarla əlaqəyə görə terrorçu hesab edir.
Rusiya isə Suriya Prezidenti Bəşər Əsəd hökumətinin qüvvələrini dəstəkləyir.