Rəcəb Tayyib Ərdoğan və Sahak Maşalyan

Mənbə: google.az

Başlıq: Rəcəb Tayyib Ərdoğan və Sahak Maşalyan

Ərdoğan erməni patriarxı ilə görüşüb

Məqalə yeniləndi:  23 Oktyabr 2020

“Qafqazdakı bu kədərli müharibə dini müharibə deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı erməni-türk millət vəkilinin xatirəsini anma mərasimindən sonra erməni patriarxı Sahak Maşalyan ilə görüşüb, - “Hürriyet” xəbər verir.

Ərdoğan və xanımı Emine Kumkapı Ana Məryəm Erməni Kilsəsində Ərdoğanın Ədalət və İnkişaf Partiyasından (AKP) erməni-türk millət vəkili Markar Esayan üçün təşkil edilən mərasimə qatılıb.

51 yaşlı Esayan 16 oktyabrda mədə xərçəngindən vəfat edib. O, 2015-ci ildə Türkiyə Böyük Millət Məclisinə seçilən ilk ermənilərdən biri olub.

Esayan Türkiyədə “Agos”, “Taraf”, “Yeni Şafak” və “Akşam” da daxil olmaqla bir sıra qəzetlərin köşə yazarı olub. AKP-yə millət vəkili olmadan öncə üç romanı və bir sıra başqa kitabları ilə məşhurlaşıb.

Mərasimdə Ərdoğanla yanaşı Türkiyə Daxili işlər naziri Süleyman Soylu, Ədliyyə naziri Abdulhamit Gül, Səhiyyə naziri Fahrettin Koca, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Kommunikasiya başkanı Fahrettin Altun və bir neçə partiya rəsmisi də iştirak edib.

“Bu qədər yüksək səviyyəli AKP xadiminin anım mərasimində iştirak etməsi son zamanlar Ermənistan və Azərbaycan arasındakı qarşıdurma səbəbilə türk millətçilərinin hədəfinə tuş gələn Türkiyənin kiçik erməni icmasına dəstək nümayişi kimi qiymətləndiriləcəkdir”, Türkiyə xəbər platformu “Ahval” bildirib.

Markar Esayan

Markar Esayan

Mənbə: google.az

Son zamanlar İstanbulun erməni bölgələrində milliyyətçi nümayişlər müşahidə edilməkdədir, - xəbər saytı qeyd edir.

“Bu günə qədər olduğu kimi biz Türkiyəni güclü edən zənginliyin bir rəngi olan [yerli] erməni icmasına dəstəyimizi davam etdirəcəyik”,- Ərdoğan mərasimdə çıxışı zamanı deyib.

2019-cu ildən bəri erməni patriarxı olan Sahak Maşalyan Ərdoğanın ziyarət və çıxışını “Qarabağ münaqişəsinin ən qızğın günlərində ağrımızı erməni kilsəsində bizimlə bölüşmək önəmli mesajdır”, - deyə qiymətləndirib.

“Qafqazdakı bu kədərli müharibə dini müharibə deyil. Bu, hətta erməni və Azərbaycan xalqlarının müharibəsi deyil. Bu, əslində bir torpaq mücadiləsi və imperialist ağılın xalqlar arasında buraxdığı çətin bir düyündür”,- Diken qeyd edib.

“Allah sizi sülh və rifah elçisinə çevirsin ki, qara müharibə buludları dağılsın. Erməni vətəndaşlarınız sağlamlığınız və rifahınız üçün daima dua edir”,- Patriarx Prezident Ərdoğana müraciətində deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1sbyhn

Ən çox baxılan