Ərdoğan Avropa Birliyinə xəbərdarlıq etdi

”Şengen vizası verilməsə, qaçqınların qəbulunu dayandıracağıq”

Source:
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan


”Şengen vizası verilməsə, qaçqınların qəbulunu dayandıracağıq”

“Avropa Birliyi Türkiyəyə səyahət haqqı tanımayacağı halda hökumət miqrantların qəbulunu dayandıracaq”.

“Sözcu.com” yazır ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın “RAİ” dövlət televiziyasına açıqlamasında deyib.

Türkiyə Avropaya axışan miqrant və qaçqınların sayının azaldılması üçün 2015-ci ildə müzakirəyə çıxarılan və mart ayında son variantı müzakirə əldə olunan razılaşmaya əsasən, Yunanıstana gələn qaçqın və miqrantları qəbul etməyə razılıq vermişdi. Türkiyə bunun qarşılığında qaçqınlar üçün maliyyə yardımı, AB-ə üzvlük müzakirələrinin sürətləndirilməsi və Şengen bölgəsinə viza rejiminin aradan qaldırımasına dair razılıq əldə etmişdi.

Ana səhifəXəbərlərƏrdoğan Avropa Birliyinə xəbərdarlıq etdi