“Ərazini bizimlə birlikdə satıblar” (VİDEO)


Şirkət rəsmisi qarşıdakı 5 ildə tikinti olmayacağını deyir

Nizami Rayonunun Nəsimi küçəsi, ev 6-nın sakinləri binalarının qarşısında gedən tikintidən şikayətlənirlər. Sakinlərin dediyinə görə, tikintini aparan “Gündüz” MTK-nın rəhbərliyi onlara yaşadıqları ərazini aldıqlarını bildirib. Şikayətçilər deyir ki, hələlik binlarında tikinti işləri aparılmasa da, şirkətin rəhbərliyi onların bağlarını, hasarlarını sökdürüb, ağaclarını yandırmaq əmri verib.

Sakinlər deyir ki, nə icra hakimiyyəti, nə də məlum şirkət onlara evlərinin sökülüb-sökülməyəcəyi haqda dəqiq məlumat verir. Onlar ağırtonnajlı yük maşınlarının həyətlərinin içi ilə hərəkət etdiyini, bunun isə uşaqları üçün təhlükə olduğunu bildirirlər. Birinci qrup əlilliyi olduğunu deyən şikayətçi Xədicə Abdullayevə bildirir ki, ötən ay məlum şirkətin təsisçisi Arif Mustafayev sərxoş vəziyyətdə evlərinə gələrək, onu təhdid edib:

Sakinlər bildirir ki, qonşuluqdakı bina sökülərkən, şirkət öncədən sakinlərə kirayə pulunu verib, onları köçürüb. Onlara isə çıxmaq üçün təzyiq edirlər. Şikayətçilər evlərindən çıxmağa razıdırlar. Ancaq bunun üçün şirkət tələblərini ödəməlidir. Onlar ya hazır ev, ya da ev ala biləcəkləri məbləği istəyirlər. Lakin şirkət təmsiçilərinin hər gün bir söz dediyini bildirirlər.

Gündüz MTK-nın təsisçilərindən Arif Mustafayev Meydan Tv-yə bildirib ki, o, Xədicə Abdullayevanın evinə 6 ay əvvəl gedib və normal şəkildə evdən çıxmaqla bağlı şərtləri izah edib. Şirkətin rəsmisi haqqındakı ittihamların böhtan olduğunu deyir. Hazırda ölkəxaricində olduğunu deyən Arif Mustafayev qayıdan kimi, şirkətin sənədlərini Meydan Tv-yə təqdim etməyə hazır olduğunu bildirir.

Şirkət rəsmisi onu da deyir ki, maddi durumları yaxşı olmadığından, ümumiyyətlə, qarşıdakı 5 ildə şikayətçilərin yaşadığı ərazidə tikinti aparmayacaqlar. “Gündüz “MTK sözcüsü evlərin bu şərtlərlə söküləcəyi deyir.

Bakı Şəhər İcra Hakimiyyətinin sözcüsü Nailə Məmmədova Meydan Tv-yə deyib ki, ölkədə bu boyda tədbir keçirildiyindən, o, bu məsələni araşdıra bilməz.

Ötən həftə Meydan Tv-yə Nizami rayonu Şirin Mirzəyev küçəsindən də oxşar şikayət gəlmişdi.

Ana səhifəVideo“Ərazini bizimlə birlikdə satıblar” (VİDEO)